adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Sentyabr 2019 16:37
18938
GÜNDƏM

Onu bağışlamaq olarmı?

MüğənniFədayə Laçının vəkili Türkel SüleymanlıBeynəlxalq Mətbuat Mərkəzində konfrans keçirib. Konfransda jurnalistlər dəiştirak edib. Adalet.az xəbər verir ki, Türkel Süleymanlı məhkəmə prosesinin gedişatından narazılığınıdilə gətirib:

"Fədayə Laçının apellyasiya məhkəməprosesi artıq neçənci dəfədir ki, təxirə salınır. Bizbundan narazıyıq,ədalətli və mərhəmətli bir qərar gözləyirik. Mövqeyimizdənasılı olmayaraq belə düşünürük ki, məhkəmə tərəfindən Fədayə Laçına mümkün olanən ağır cəza kəsilib, 5 illikhəbs qərarı verilib. Bu isə o deməkdir ki, bir neçə dəfə həbs olunan qatı cinayətkarlaFədayə Laçın arasında heç bir fərq qoyulmayıb. Burada söhbət Fədayə Laçının buhadisəyədək heç bir məhkumluğunun olmamasından, vətənpərvər və ictimai xadimolmasından deyil, onun qadın olmasından gedir. O, 5 illik həbs cəzası verilərkən Fədayə Laçınınşəxsiyyətinin nəzərə alınmadı. Qanun deyir ki, cəza təyin edilərkən cinayətkarınşəxsiyyəti də nəzərə alınmalıdır. Artıq 14 ildir ki, Azərbaycan VəkillərKollegiyasının üzvüyəm, amma ilk dəfədir ki, apellyasiya məhkəməsinin bu qədəruzandığının şahidiyəm.

ApellyasiyaMəhkəməsi tərəfindən hansısa araşdırma aparılsaydı, əlavə ekspertiza təyinedilsəydi, o zaman bu gecikməni başa düşmək olardı. Amma Apellyasiya Məhkəməsinəmüraciət etdiyimizdən bu günədək heç bir araşdırma aparılmadı, məhkəməistintaqı keçirilmədi. Belə olanda adətən apellyasiya instansiyası 2-3 seanslabitir, ya cəza götürülür, ya da şəxsə bəraət verilir. Bu da olmadıqda cəzaartırılır və iş bitir. Apellyasiya Məhkəməsində bir iş bağlandıqdan sonra isəartıq növbəti mərhələyə, yəni Ali Məhkəməyə doğru addımlamaq mümkün olur. Heydər Əliyev demişdi ki, dövlət iki şeydən sarsıla bilər, birincisi günahkar cəzasız qalanda, ikincisi günahsız həbsolunanda". 

Daha sonra isə Türkel Süleymanlı jurnalistlərin suallarını cavablandırıb.