"Onlara görə bütün Ukrayna xalqı dua edir"

"Bütün Ukrayna Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün əla nəticələr verməsi üçün dua edir".
Adalet.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova deyib.
Markarova həmçinin Trampın müharibəni bitirmək istəyini və vitse-prezident J.D.Vansın Trampın sülh səylərini müzakirə etmək üçün Britaniyaya bu yaxınlarda etdiyi səfərini yüksək qiymətləndirdiyini bildirib.
Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Bu fonda Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkə konstitusiyası istənilən ərazi güzəştlərini istisna edir.
Digər Xəbərlər

İsrail əsgərləri Suriya kəndlərində reyd keçirir

Ukrayna Ali Radası: Azərbaycana minnətdarıq

Paşinyan və Pezeşkian arasında telefon danışığı olub

Kreml Bakıya qarşı bunu da etdi: nələr yaşanır? – VİDEO

Kreml bu əraziləri Ukraynaya qaytarmaq istəmir

Trampdan xəbərdarlıq: "Onları aid olduğu həbsxanaya göndərəcəyik"

Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı YENİ XƏBƏR
