adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Fevral 2017 12:48
7295
MƏMLƏKƏT

ONLAR HEÇ VAXT UNUDULMAYACAQLAR

Xocalı soyqırımıelə bir tarixi faciədir ki, bu azərbaycanlıların qan yaddaşında əbədi yaşayacaqdır.Erməni faşizmin iç üzünü açan bu soyqırım bir daha göstərdi ki, dünyada özlərinihumanist, insanpərvər xalq kimi təqdim edən ermənilər ən iyrənc sifətlərə və vəhşiliklərəəl atdılar. Onlar Xocalı kimi şəhəri bir neçə saatın içərisində 366-cı alayın köməkliyiilə altını üstünə çevirdilər, evləri, eşikləri yandırdılar, nə qocaya, nə uşağa,nə də qadınlara heç bir aman vermədilər. Əllərinə keçənləri ya güllələdilər, yada diri-diri yandırdılar…

Bu faciə 25 il bundanəvvəl Xocalıda baş verdi. İndi 25 ildir biz bu faciənin ağrısını, acısını yaşayırıq.Və bu yara ömrü boyu sağalan deyil. Ancaq belə faciələr bizim bir daha gözümüzü açır, dostu düşməndən ayırır. Uzun müddət çörəyimiziyeyib suyumuzu içən, torpağımızda yaşayan ermənilərin əsl sifətini biz bir dahayenidən tanıdıq. Onsuz da biz bilirdik ki, 1905-1908-1918-ci illərdə ermənilər Azərbaycanda hansı soyqırımı həyata keçiribilər. Sadəcə olaraqbiz bir qədər unutqan millətik. Ürəyimizin yumuşaqlığından və səmimiyyətimizdəndüşmənləriimz həmişə bizim kürəyimizə bıçaq saplayıblar. Artıq bu millət, bu xalqdostu düşməndən ayırmağı bacarır.

Xocalı faciəsininildönümü ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının1-ci tağımında anım mərasimi keçirilib. Anım mərasimi 1-ci tağımın Saraydakı stasionarpostunda təşkil edilmişdi. Mərasimə Xocalı faciəsinin şahidi, orda döyüşən və birçox insanları ölümün pəncəsindən xilas edən vətənpərvər insan Nazim Hüseynov dəvət edilmişdir. Onunla yanaşı,tədbirdə DİN-in sıravi kiçik rəis heyəti hazırlayan məktəbin əməkdaşı, polis mayoruAqşin Əlizadə, Yol Patrul Xidməti Alayının qərargah rəisinin müavini, polis kapitanıElnur Rəhimov, Qubadlı rayon Mollu kənd tam orta məktəbinin tarix müəllimi VahidQuliyev, eləcə də həmin rayonun Mahmudlu kənd tam orta məktəbinin dil-ədəbiyyatmüəllimi Fəqani Məhərrəmov iştirak edirdilər.

Tədbiri 1-ci tağımınkomandiri, polis mayoru Ürfət Şükürov açdı. Ürfət Şükürov da Xocalıda dünyaya gözaçıb. Qardaşı Vaqif Şükürov həmin döyüşlərdə son nəfəsinədək vuruşaraq şəhid olub.Ürfət Şükürov həmin faciə ilə bağlı danışandakədərini gizlədə bilmədi, gözləri doldu. Xocalı faciəsi elə bir qətliamdı ki, onuheç kəs yaddan çıxara bilməz. Və eyni zamanda Xocalıdan elə bir sakin yoxdur ki,bu faciənin kədərini yaşamasın. Şəhərin hərevindən, hər ocağından bir şəhid çıxıb, bir insan həlak olub. Bu fikirləri Ürfət Şükürov xüsusilə vurğuladı. O qeyd etdiki, biz xocalılar bu gün də dərdimiz nə qədərağır da olsa dövlətimizə və prezidentimizə güvənirik. Bilirik ki, tezliklə bu intiqamıalacaq və biz yenidən doğma ocağımıza dönəcəyik.

Tədbirdə çıxış edənQarabağ müharibəsi veteranı və Xocalı hadisələrinin şahidi olan keçmiş döyüşçü Nazim Hüseynov 1992-ci ilin fevralın 25-də və 26-da baş verən hadisələri bir daha həyəcanlayada saldı. O qeyd etdi ki, hələ ermənilər Xocalının işğalına yanvar ayından böyükhazırlıqlar görürdülər. Sadəcə olaraq bu faciənin qarşısı könüllü batalyonlar tərəfindənhər dəfə alınırdı. Əgər 366-cı alayın qəfil hücumu olmasaydı, yenə öz könüllülərimizerməni hücumunun qarşısını ala bilərdi.


Nazim Hüseynov danışdıqcahəyəcanlanırdı. Çünki o, Xocalı faciəsinin ağır anlarını öz gözü ilə görmüşdü. Onuda qeyd edək ki, həmin dövrlərdə Nazim Hüseynov Xocalı hava limanında polis əməkdaşıkimi çalışıb. Daha doğrusu, Milli Qəhrəman Əlif Hacıyevlə yaxın silahdaş olub. Dəfələrlə ermənilərin Xocalı hava limanına hücumlarınınqarşısını almaq üçün döyüşə atılıb. Və təsadüfi deyil ki, həmin dövrdə ermənilər Əlif Hacıyevin və eləcə də hava limanınımühafizə edən polis əməkdaşlarının başına milyonlarla rubl pul qoymuşdular. AmmaƏlif Hacıyev və eləcə də onun silahdaşları son nəfəsinə qədər döyüşmüşdülər və qəhrəmancasınaşəhid olmuşdlar. Nazim Hüseynov dedi ki, Xocalıda çox meytlərin çıxarılmasında yaxından iştirak etdim və hətta rəhmətlik ƏlifHacıyevin meytini də mən ordan çıxardım. Əgər ermənilər bilsəydi ki, o Əlif Hacıyevdi,heç vaxt onu bizə verməzdilər. ÇıxışındaNazim Hüseynov onu da qeyd etdi ki, hava limanında Zori Balayanı dəfələrləsaxlamışdıq və onu yenidən Yerevana qaytarmışdıq. Ancaq ermənilərin havadarlarıhəmişə onlara arxa dururdular. Deyirdilər ki, biz sizi müdafiə edə bilmərik. Çünkisiz müsəlmansınız, onlar xristian. Ona görə də rus əsgərləri hadisələr gərginləşməmişdənöncə həmişə ermənilərin tərəfindən çıxış edirdilər.

Anım mərasimindəQubadlı rayonu Mollu kənd tam orta məktəbinin tarix müəllimi Vahid Quliyev də çıxışedərək görüş iştirakçıları qarşısında yaxınkeçmişimizlə bağlı ətraflı məlumat verdi. O qeyd etdi ki, ermənilər öz məkrli siyasətləriniötən əsrin əvvəllərində iki dəfə həyata keçirməyə çalışıblar. Onlar öz milli maraqlarınaminə 1918-ci il mart qırğınını törədiblər. Bakıda, Şamaxıda, Qubada yüz minlərləinsan erməni cəlladları tərəfindən qətlə yetirilib. Məhz Xocalı faciəsi həmin hadisələrindavamı idi. Bu isə onu göstərir ki, düşmənin sifəti dəyişməyib, əvvəlki kimi namərdvə alçaqdır. Çıxışında Vahid müəllim onu da qeyd etdi ki, Azərbaycan artıq iqtisadivə hərbi cəhətdən güclü bir dövlətdir və o işğal olunmuş torpaqlarını heç kiminköməyi olmadan özü azad edəcək.

Anım mərasimininsonunda dəvət olunmuş qonaqlara öz minnətdarlığını bildirən Ürfət Şükürov bir dahaqeyd etdi ki, Xocalı faciəsi hər bir azərbaycanlının qan yaddaşında əbədi iz qoymuşdur.Və bu cür tədbirlərin, anım mərasimlərinin keçirilməsi onu yada salır ki, xocalılarheç vaxt unudulmurlar. Bir də biz ona çalışmalıyıq ki, tək anım mərasimlərində deyil,hər gün, hər saat Xocalı faciəsini xatırlamalıyıq, onu gənc nəslə ötürməliyik. Onlar bilməlidirlər ki, bu faciə millətin qan yaddaşındaəbədi qalacaqdır və heç bir yadelli Xocalıda duruş tapa bilməyəcək. Ölkə prezidenticənab İlham Əliyevin rəhbərliyi ilə biz hamımız hər an, hər dəqiqə böyük döyüşəhazırıq. Təki Ali Baş Komandan əmr versin!

Faiq QİSMƏTOĞLU