adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Noyabr 2017 12:19
11127
GÜNDƏM

ÖMÜR YOLU ZƏHMƏTDƏN VƏ İNAMDAN KEÇƏN İNSAN

O, Bakıdadoğulub - Bülbülə qəsəbəsində. Düz 80 il bündan öncə. O dünyaya gələndə Azərbaycanadlı məmləkət Sovetlər Birliyinin ağuşunda idi... Və bir də o dünyaya gələndəAzərbaycanın başı üzərində repressiya qılıncı oynayırdı. İnsanlar bir xof içərisindəidi. Kimlərsə Stalinin böyüklüyü qarşısında səcdəyə dayanmışdı, kimlərsə bukabusdan qurtulmaq barədə düşünürdü. Amma yenicə dünyaya gələn bu oğlanın isə hələheç nədən xəbəri yox idi. Dünyaya gəldi və nələr baş verdiyini çox kiçikyaşlarından həm anladı, həm də şahidinə çevrildi. O yenicə sərbəst addımlamağabaşlamışdı ki, sovet-alman müharibəsi başladı. Onu da acılarını ömrünə-gününəyazdı.

Sonra9 may qələbə sevincinə qoşuldu hamı kimi o da. Və beləcə, həyat yollarındaözünün kimliyini təsdiq etmək üçün büdrəməkdən, qorxmaqdan, tərəddüdən qəti şəkildəimtina etdi. Özünü toparladı və günlərinbirində də bugünkü Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi oldu. Eyni zamanda, öncə Bədən Tərbiyə fakültəsini,sonra paralel olaraq Azərbaycan Politexnik İnstitutunun metallurgiyaistehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsiniuğurla bitirib həyat yollarına qədəm qoydu.

İlkiş yeri kimi 1966-cı ildə itirdiyi Politexnik İnstitutunda müəllim kimi tələbələrqarşısına çıxdı. 5 il burada çalışan Ağacan Qulam oğlu Abıyev 1971-ci ildəLipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri kimi davam etdirdi. 1983-cü ildə vətənə qayıtdı. Və yenidənAzərbaycan gənclərinin, daha doğrusu, ali məktəbə qəbul olunmuş tələbələrinqarşısında bildiklərini, ixtira etdiklərini bir müəllim kimi onlara öyrətməkləbu şərəfli peşəni daha da sevdirdi.

Sonra İnşaat Mühəndislərİnstitutunun kafedra müdiri kimi də özünü təsdiq etdi. Və nəhayət, 1987-ci ildəona böyük etimad göstərərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasınarektor təyin etdilər. Bir monoqrafiyanın, 100-dən çox elmi məqalənin, 4ixtiranın müəllifi olan Ağacan Abıyev həm də idmanla ciddi məşğul olub. Onun həyatındaidmanın özəl yeri var. Məhz bu idmana olan özəl sevgi onun 6 dəfə Azərbaycançempionu olmasına gətirib çıxarıb.Zamanında dəfələrlə beynəlxalq turnirlərdə mükafatlar qazanıb, SSRİ-nin fəxriidman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustasıadlarını şərəflə daşıyan Ağacan müəllim hələ 1957-ci ildə "Neftçi"İdman Cəmiyyətinin məşqçisi idi. O,Avropa Beynəlxalq Federasiyasının vitse-prezidenti olmaqla yanaşı, həm dəDünya Boks Federasiyası İcraiyyə Komitəsinin üzvüdür. Bu gün isə həmin şərəflifəxri adların ən sanballı zəhmətini də uğurla çiyinlərində daşıyan Ağacan müəllimMilli Olimpiya Komitəsinin baş katibi olmaqla bahəm, həm də Azərbaycan BoksFederasiyasının vitse-prezidentidir.

Bütün həyatını gənc nəslin yetişdirilməsinə, onlarınsağlamlığına, peşəkarlığına həsr etmiş Ağacan müəllim ölkənin ictimai-siyasi həyatındada öz sözünü demiş ağsaqqallardan biridir. Heç də təsadüfi deyil ki, son üççağırış Milli Məclisə seçkilər zamanı Ağacan müəllim millət vəkili adına layiqgörülüb. Seçicilər ona etimad göstərərək ilk dəfə 2005-ci ildə onu parlamentəöz təmsilçiləri kimi göndərdilər. Etimadı doğruldan Ağacan Qulam oğlu Abıyev2010-u ildə də, elə 2015-ci ildə də millət vəkili seçildi. O bu gün dəparlamentdə İntizam Komissiyasının sədridir. Azərbaycanın beynəlxalq əlaqələrində,xarici ölkələrlə dostluq münasibətlərinin qurulmasında onun fikri, sözü həmişəönəmli sayılıbdı. Elə bu yerdəcə onu da xatırladaq ki, Ağacan müəllim ölkəPrezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə "Şöhrət" ordeninəlayiq görülüb. Həmin sərəncamda vurğulanıb ki, ölkənin ictimai-siyasi həyatında, idmanın inkişafında böyük xidmətlərinə görə,Ağacan müəllim ölkə rəhbərliyi tərəfindən mükafatlandırılır.

Noyabrın 24-də80 yaşı tamam olacaq ağsaqqal millət vəkili, tanınmış ictimai-siyasi xadim,Yeni Azərbaycan Partiyasının üzvü Ağacan Qulam oğlu Abıyev bütün həyatıboyu xalqına, dövlətinə sədaqətli xidmətedən, onun uğurlu sabahları üçün çalışan ləyaqətli ziyalılarımızdan biridir. Bugün adı fəxrlə çəkilən Ağacan müəlim öz tərcümeyi-halı ilə də gəncliyə nümunədir.Bu tərcümeyi-halın ən diqqət çəkən və böyük hərflərlə yazılan mənası belədir:

- Zəhmət, inam, əqidəvə sədaqət uğurlara aparır!

Bəli, biz dəyubiley ərəfəsində tanınmış ziyalımız, dəyərli ağsaqqalımız, sevilən millət vəkilimizAğacan Abıyevi ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar diləyirik.

P.S. Yazınıyenicə tamamlamışdım. Televizorun düyməsini basdım və "Xəbərlər” proqramındaölkə prezidentinin sərəncamı ilə Ağacan Abıyevin "Şərəf” ordeninə layiq görülməsixəbərini eşitdim. Layiq görüldüyünüz ordenə görə də Sizi təbrik edirik, Ağacanmüəllim!


Ceyhun Rüstəmov