adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Aprel 2019 14:38
13154
ƏDƏBİYYAT

"Ömür bir nağıldır" romanının janr xüsusiyyətləri

Dünya ədəbiyyatındaolduğu kimi, Azərbaycan ədəbiyyatında da müəlliflərin öz həyatına, tərcümeyi-halınaaid olan hadisələri əks etdirən bədii nümunələrə tez-tez rast gəlinir. Müəlliflərbu cür əsərləri ictimaiyyətə müxtəlif adlarla təqdim etmişdilər: memuar,roman-etiraf, gerçək roman, xatirə-roman və s. Bu əsərlərdə obyektiv gerçəklik,faktlara əsaslanan məlumatların qələmə alınması özünü əsasən, müxtəlif tarixi şəxslərinədəbi portretlərinin, həmçinin özünün obrazının qələmə alınması zamanı göstərir.Müəllifin özünün obrazı vasitəsilə ədəbi portretin yaradılması, həmçinin müəllifinhəyat və yaradıcılığının işıqlandırılaraq gələcək nəsillərə ötürülməsi əhəmiyyətkəsb edir. Sənədli və bədii janrların qarşılıqlı əlaqə formalarının müxtəlif vəya sintez şəklində olmasından asılı olaraq, müəllif obrazı yaranan bədii əsərlərdəmüxtəlif aspektdə özünü göstərə bilir. Belə əsərlərdən biri də, müraciətetdiyimiz Fərəc Fərəcovun "atamla anama xitabən yazdığım və bir də bütünyetim uşaqlara ithaf etdiyim kitabı" olan "Ömür bir nağıldır" əsəridir.Müəllifin xatirə-roman adlandırdığı əsər yazarın həyat həqiqətini tam əksetdirməklə yaşadığı və şahidi olduğu müəyyən bir tarixi dövrün ab-havasını bədiisöz sənətinə, yəni ədəbiyyata gətirməsi ilə diqqəti cəlb edir. F. Fərəcov təsviretdiyi hadisələrdə öz mövqeyini göstərməklə bərabər, hadisələrə şəxsi təəssüratlarıəsasında qiymətini verməyə cəhd edir. Əsərdə konkret Fərəc Fərəcovun, yəni müəllifiniştirak etdiyi, şahidi olduğu hadisələrin təsviri ilə bərabər, müəllif obrazınıtam şəkildə açmağa yardımçı olan bir neçə şəxsdən bəhs etmək imkanı özünü göstərmişdirki, bu da həmçinin, romanın xatirə olmasına bir işarədir. F. Fərəcov öz hiss vəhəyəcanlarını, həyata və dünyaya baxışlarını məhz qələmə aldığı "Ömür birnağıldır" xatirə-romanında ifadə etməklə bərabər, tarixi faktların bədii mənasınıyenidən işləməyi, həmçinin təqdim etməyi bacarmışdır. Real həyatla bağlı olan"Ömür bir nağıldır" xatirə-romanı məhz müəllifin şəxsi həyatı iləbağlı olan keçmiş olayları və həyatının çevrəsində olan insanları, yaşadığımühit və dövrü əhatə edən, yaşadığı ömür yolunun çətinlikləri ilə yanaşıuğurlarını da səmimiyyətlə anladan bədii əsərdir. F. Fərəcovun "Ömür birnağıldır" xatirə-romanında keçmişin hadisə və faktları müəllif yaddaşına əsaslanaraqfərdi, subyektiv şəkildə əks etdirilməsi ilə maraq kəsb edir.


Fərəc Fərəcovbir müəllif kimi qələmə almış olduğu proloq əvəzi, üç hissə və epiloq əvəzi vəya son sözdən ibarət olan "Ömür bir nağıldır" əsərin janrınıictimaiyyətə xatirə-roman kimi təqdim etmişdir. Əsərdə real faktlara əsaslananxatirə-romanda bədii reallığın formalaşması tipik hadisə və səhnələrin bədii təsvirvasitəsi ilə həyata keçirilir. Xatirə-romanın təsviredici xarakter daşımasıonun kompozisiya quruluşuna təsir edir. Zaman və tale məsələləri, həmçinin sənədlilikvə bədiilik əsas istiqamət olaraq özünü göstərən xatirə-romanda hadisələrin təsviriilə yanaşı bədii mətnə publisistik mühakimələrin daxil edilməsi, həmçininfaktın ümumiləşdirilməsi özünü göstərir. Həcm məhdudiyyəti olmayan "Ömürbir nağıldır" xatirə-romanında publisist üslubun üstünlük təşkil etməsiözünü qabarıq şəkildə göstərmişdir. Publisist üslub müəllifin ictimaiyyətidüşündürən problemlərə bir ziyalı kimi münasibət bildirərkən müraciət etməsindəözünü büruzə vermişdir. Real şəxsdən, faktdan bəhs edərkən müəllif əsərdətipikləşdirməyə də üz tutmuşdur. Dövrünün mənzərəsini yaratmağa cəhd edən yazar"Ömür bir nağıldır" əsərində gerçəkliklərin təhrifinə yol verməmişdirki, bu xüsusiyyət də xatirə-romana xasdır. Qeyd etmək lazımdır ki, əsər məhz şəxsənFərəc Fərəcovun həyat hekayəsini əhatə etdiyindən, bədii təxəyyüldən doğan əsərkimi dəyərləndirilməməlidir. Çünki əsərdə təsvir edilən hadisə və obrazlar məhzreal həyatdan götürüldüyündən, bədii təxəyyülün məhsulu olan əhvalat vəxarakterlər deyildilər.

Yalnız müəllifinöz həyatının təsviri olan, yəni müəllifin sənədlərə deyil, xatirələrinəüstünlük verərək qələmə almış olduğu əsərin avtobioqrafik olması elə Fərəc Fərəcovundili ilə əsərdə əksini tapa bilmişdir: "Məramım mənə düşən bir ömür payınıqələmə almaqdır. İstəyirəm illərdən bəri mənə "yaz" deyə səslənəndüşüncələrimi ipə-sapa düzüb sizlərə ərməğan edəm." "Ömür birnağıldır" əsəri müəllifin faktiki həyat materialları əsasında, keçdiyi həyatyolu bədii şəkildə qələmə alınmışdır. Əsərdə müəllifin həyatını, uşaqlıq,yeniyetməlik, gənclik, ahıllıq çağlarından maraq kəsb edən və yadda qalanepizodları gah sevinc, gah təəssüf hissləri ilə izləməklə bərabər, müəllifinyaşadığı dövrün real mənzərəsinin şahidinə çevrilirik. Fərəc Fərəcov öz mənəvialəminə qapılaraq, öz həyatı, öz düşüncələri ətrafında baş verən hadisələrə,ictimai-siyasi proseslərə nisbətən əsas prioritet təşkil edən avtobioqrafik əsəriniqələmə alarkən yaddaşına söykənməsi, heç bir sənədli mənbəyə müraciət etməməsifaktı da müəllif tərəfindən əsərdə xüsusi olaraq vurğulanmışdır: "Hazırdamənə yuxu kimi görünən uşaqlığıma, sonrakı ömür yoluma "Gündəliksiz" nəzərsalıram. Yaddaşımı silkələyib köməyə çağırıram."

"Ömür birnağıldır" əsərinin avtobioqrafikliyi əsərdə bədii nəqlin xüsusiyyətlərinəönəmli təsir göstərmişdir. Fərəc Fərəcovun kitabında biz müəllifin dili iləbütün hadisələrin nəql edilməsini, həmçinin fikirlərini izah etməsində sərbəstolmasını müşahidə etməklə yanaşı, təbliğ edilən fikirlərin tarixi hadisəyəçevrilmiş hadisələrlə müqayisə edilərək təqdim edilməsinə cəhd də nəzərdənqaçmır. Əsərdə müəllifin öz dilindən əsərini neçə yaşında qələmə alınmasıfaktına toxunması da diqqəti cəlb edir: "Bu sətirləri yazarkən ömrümün66-cı sinnini yaşayırdım. Sevimli peyğəmbərimizin yaşını da ötmüşəm. Nə yaşasamqənimətimdir. Yaşadığım illər isə kifayət edir ki, nəsə deyim, nəsə yazım...Görəsən yaza biləcəyəmmi?" Əsər digər şəxsin sözlü reaksiyasını nəzərdətutmayan daxili monoloqlarla diqqəti cəlb edir. Daha kəsərli danışıq üsulu olanmonoloq obrazın düşüncə və hisslərinin, həmçinin daxili hisslərini açıqlamasıüçün obrazın "bir kənarda" öz-özü ilə danışması prosesidir. Bu birnöv obrazın öz-özünə müraciətlə söylənilən nitqi, həmçinin təbii, səmimi,spontan düşüncələridir. Əsərdə müəllifin daxili monoloqlarında əsərin əsasmövzusu ilə yanaşı problemlərin də müəyyənləşməsini müşahidə edirik: "Əzizatam, üzünü görmədim, səninlə kəlmə kəsmədim, işdən evə dönəndə "atam gəldi"deyə yüyürüb boynuna sarılmadım. Qardaş-bacı şirinliyini də dada bilmədim..."Əsərin baş qəhrəmanının dilindən verilən bu cür daxili monoloqlarda fikirlər müəllifindaxili məntiqinə tabedir. Məhz müəllifin özünə müraciəti formasında olan nitqkimi monoloq qəhrəmanın daxili aləminin başa düşülməsinə, xarakterininaçılmasına yardımçı olur, onu təqdir və ya ifşa etmək məqsədi güdür. Fərəc Fərəcovun"Ömür bir nağıldır" xatirə-romanında müəllifin daxili monoloqları müəllifinmövzu üzrə münasibətini ortaya qoyaraq, istənilən nəticə çıxarmaya necəyetişdiyini izləməyə şərait yaradır. Ümumiyyətlə, əsərdə müəllifə xas olan,daha çox ata ilə danışmaq, dərdləşmək əsərin içərisində çoxluq təşkil etməsi ilədiqqəti cəlb edən monoloqlardır: "Ata bilməmiş deyilsən ki, uşaqlığımdada, cavanlığımda da sənin yoxluğunun acıları, tikanları qəlbimi deşib, əzablardadmışam. Misal da çəkə bilərəm. Bir dəfə harınlamış nadan mənimlə görüşmək beləistəməyib. Yetimliyimə görə. Özünü çox yekə aparıb. Əlim havada qalıb. Pərtdüşmüşəm. Evə dönüb o ki var ağlamışam..."

Müəllifinistifadə etdiyi bədii nəql üsulları əsərin bədii zamanının özəlliklərini müəyyənetmişdir. "Ömür bir nağıldır" xatirə-romanında retrospektiv zamanlayanaşı indiki zamanı sintez şəklində oxucuya çatdıran müəllif zaman keçidlərindəoxucusunu yormur. Retrospektiv zamandan indiki zamana keçid və ya əksinə indikizamandan retrospektiv zamana keçid müəllif tərəfindən ustalıqla həyatakeçirilir. Əsərdə xronoloji ardıcıllıqla qəhrəmanın, yəni Fərəc Fərəcovunyaşadığı dövrün hadisələrinin cərəyan etdiyi zamanla bərabər, həm də müəllifyaddaşına hopmuş xatirələrin baş verdiyi zamanın xüsusiyyətləri özünü sintez şəkildəgöstərmişdir. Həmçinin gerçəklik, müəllif obrazı yer alan "Ömür birnağıldır" əsəri bir ailənin timsalında müasir dövrdən keçmişə baxışıehtiva edərək o dövrkü cəmiyyəti də əks etdirməyə qadir olur. Belə ki, müəllifyaddaşına əsaslanaraq əsər yaratmağa, öz həyat salnaməsini yaratmağa qadir olabilmişdir.

"Ömür birnağıldır" xatirə-romanının janr xüsusiyyətlərindən biri də müəllifin bədiivə janr inklyuziyasıdır. Belə ki, romanda müəllif öz bədii yaradıcılığınamüraciət edir, onlar ətrafında fikir mübadiləsinə yer ayırır və bir sıra bədiiparçaları romanın mətninə daxil edir. "Ömür bir nağıldır" xatirə-romanındamüəllif həyat və yaradıcılığına aid önəmli faktları, dövr və mühitə olanmünasibətləri ilə bərabər məhz əvvəllər özünün qələmə aldığı əsərləri haqqındaməlumat verməsi ilə diqqəti cəlb edir. Fərəc Fərəcov 25 çap vərəqi həcmindəolan "Aydın sabahlar" romanını və hətta sayca beşinci olması faktınıqeyd etməsi oxucunun diqqətindən yayınmır: "Sayca beşinci kitabım olan"Aydın sabahlar" romanımı çap etdirmək üçün Bakıya getmişdim. İşlərimpis deyildi. Kefim kök idi. "Vektor" Beynəlxalq Nəşrlər Evində kitabürəyimə yatan səviyyədə işıq üzü görmüşdü. İlk romanımın sevinciniyaşayırdım." Məhz müəllifin sənəd, yəni fakt üzərində işləyərək onu bədiişəkildə təqdim etməsi əsərdə bədiiliyin özünü göstərməsinə səbəb olması ilə bərabər,həm də həyat və fəaliyyətinə aid maraqlı bilgiləri F. Fərəcovun öz düşüncə və təqdimindəəldə etməyə imkan verir.

"Ömür birnağıldır" xatirə-romanında müəllif özünün sayca beşinci kitabı olan "Aydın sabahlar" romanı haqqındadaha çox məlumat verməsi, məhz bu əsərin müəllifin şəxsi həyatında mühüm əhəmiyyətkəsb etməsi ilə əlaqəlidir. "...Düşüncələrimi yazıya çevirdim" deyənmüəllif əsərin qələmə alınma tarixinə də toxunur: "2005-ci ildə çapetdirdim. Deyəsən pis qarşılanmadı. Həddən ziyadə tərif edənlər də tapıldı...."Aydın sabahlar" yazı-pozu fəaliyyətimin uğuruna çevrildi." Müəllifromanın məzmununa da aydınlıq gətirərək qeyd etmişdir ki, "90-cı illərin əvvəllərindəvə ortalarında rayonlarımızda gedən ictimai-siyasi prosesləri əks etdirir.Böyük coğrafiyada cərəyan edən oxşar hadisələri bir rayonun timsalında göstərməyəçalışmışam. Kitabda baş verənlər dövrün reallıqlarından qaynaqlanırdı."

Fərəc Fərəcov"Ömür bir nağıldır" xatirə-romanında digər qələmə aldığı əsərlərhaqqında da məlumat verir. Bunlardan biri də "Siyasət" nəşriyyatındaişıq üzü görmüş ilk kitabı olan "Culfa şəhidləri" adlandırdığı vəmövzusu şəhidlərlə bağlı olan əsəridir. Daha sonra müəllif "Gənclik"nəşriyyatında nəşr edilmiş "Vətən qürurumdur mənim", "Yayçı yetirmələri","Əcəmi" nəşriyyatında nəşredilmiş kollektiv zəhmətin bəhrəsi olan"Muxtar respublika mətbuatı: dünən və bu gün", "Jurnalist"adlı kitablarını xatırlayır.

"Ömür birnağıldır" əsərində isə müəllifin sayca doqquzuncu kitabı olan "Sənolmasaydın" kitabı haqqında bilgi verməsi diqqəti xüsusi cəlb edir.

(ardı növbətisayımızda)