adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 May 2019 14:18
11196
GÜNDƏM

OLMASAYDI BİZİM KİMİ MAYMAQLAR , AC QALARDI İNGİLİSLƏR, AVROPALILAR

Dəfələrlə yazmışamvə yenə yazıram, var-dövlətinizi itə-qurda etibar eləməyin, dosta etibaredin. Beynəlxalq Bankın sabiq prezidentiCahangir Hacıyevin özü gündəmdən çıxsa da,xanımı Zamirə Hacıyeva heçgündəmdən düşmür. Dünən də qəzetələrdə oxudum ki, bu xanım təkcə «Sendviç» barında500 min dollardan artıq hesab verib. Və bir də oxudum ki, bir mağazada da 1 milyondollarlıq uşaq oyuncaqlarınapul xərcləyib.

Londonda16 milyon dollarlıq villa, nə bilim neçəmilyon dollarlıq ofis, neçə milyon dollarlıq təyyarə… rəqəmləro qədər böyükdür ki, yadda saxlamaq olmur. İndi də hamısına əl qoyublar, müsadirə edəcəklər. Özünü də bir ara həbs elədilər, 500 min funt-sterlinq girov qoyubhəbsxanadan çıxdı.

Buingilislər və avropalılaryaxşı maymaqlar tapıb. O villalaları, oofisləri, təyyarəni yüz milyondan çox pul verib alanda niyə soruşmurdular bu pullar hardandı? Deyirdilərqoy xərcləsin, onsuz da sonda müsadirə edəcəyik, bizə qalacaq. Necə kiedirlər. Eləcə də hətta İsveçrə bankındabelə pullara əl qoyurlar.

Bumilyonlar, bu yüz milyonlar bizim dövlətindi,bizim millətindi. Aparıb itə-qurda,avropalılara etibar edirsiniz. Bunu öz dövlətimizə, öz millətimizə etibar edin ki, bir zibili çıxanda da qoy xalqımız bundan faydalansın.