Ölkədə yaşayış evlərinin tikintisi bahalaşıb - RƏQƏMLƏR
2018-ci ilin II rübündə yerüstü tikililər üzrə qiymətlər 1,4 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə,ilin II rübündə I rübünə nisbətən yaşayış evləri üzrə qiymət indeksi1,6 fazi yüksəlib.
2017-ci ilin altı ayı ilə müqayisədə yaşayış evlərinin tikintisi 3,8 faiz bahalaşıb.
Cari ilin yanvar-iyun aylarında 2017-ci ilin müvafiq dövrünə nisbətdə beşmərtəbəyə qədər yaşayış evlərinin tikintisində qiymətlər4,4, altıvə çoxmərtəbəli yaşayış evlərinin tikintisiüzrə 3,6faiz yüksəlib.
Qeyd edək ki, hesabat dövründə 1097,1 min kvadrat metryaşayış evi tikilib. Evlərin tikintisinə 580,8 milyon manat xərclənib.
Digər Xəbərlər
02 May 2024 17:40