adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Oktyabr 2016 13:49
5545
GÜNDƏM

O YANI QAYA, BU YANI QAYA…

Biz uşaq olanda tez-tezböyüklərimiz tapmaca deyərdilər. O tapmacalardan biri də belə idi: «O yanı qaya, bu yanı qaya, içində sarımaya». O dəqiqə hamımız bir ağızdan dillənərdik: «Yumurta». Elə nənəmiz də mükafatkimi təzəcə hində toyuğun yumurtladığı yumurtanı hədiyyə verərdi. Bu yumurtanı yasoyudub yeyərdik, ya da analarımız qayğanaq bişirərdi…

Novruz bayramı gəlməmişdənbir ay əvvəl hinə girib xəlvətcə toyuqların yumurtladığı yumurtanı götürərdik vəkəndin ortasına çıxıb tay-tuşlarımızı axtarardıq ki, yumurta döyüşdürək. Bəzi dəcəluşaqlar toyuq yumurtası əvəzinə y ataxta yumurta, ya da hind quşunun yumurtasını döyüşdürərdilər. Sakit, avam uşaqlarisə bunu başa düşməzdilər. Amma bir müddətdən sonra həmin dələduz uşaqların əməllərininüstü açılar və heç kəs onlarla yumurta döyüşdürməzdi.

Görün hardan başlayıb haragedib çıxdım. Düz 53 il keçmişə qayıtdım. Kənd yumurtasının dadı, ləzzəti yəqinçoxlarının yadından çıxmayıb. Çünki bu kənd yumurtaları min bir dərdin dərmanıdır.Hətta deyirlər ki, mədəsi xəstə olan adam ilıq yumurta yesə, o bir neçə həftə ərzindəsağala bilər. Yumurtada olan vitaminlər o qədər insana xeyirlidir ki, onu saymaqlaqurtarmaq olmaz…

İndi də mağazalarda və bazarlardahər cür yumurta satırlar. Ancaq camaatın gözü tərəzidir. İnsanlar ən çox kənd yumurtasıaxtarırlar. Təbii ki, bunu da o yumurtaları tanıyan adamlar tapa bilirlər. Ammavay o günə ki, kənd yumurtasını tanımayasan və o yumurta əvəzinə sənə broyler fabrikinintoyuqlarının yumurtladığı yumurtaları sırıyalar.

Hansı mağazaya, super marketəbaş çəkirsənsə orda kənd yumurtası adı altında satılan məhsula rast gəlmək olar.Satıcıdan soruşursansa bunlar həqiqətənmi kənd yumurtasıdır?! O isə ya çiyinləriniçəkib «bilmirəm» deyir, ya da susur. Qiyməti 17 qəpiyə olan bu «girdirmə» kənd yumurtalarıBakının mağazalarını ağzına götürüb. Bilməyənlər bu yumurtanı çox böyük həvəsləalırlar. Bilənlər və tanıyanlar isə yumurtaya baxıb əlini yelləyib çıxıb gedirlər.

Dəfələrlə alıcıların satıcılarlakənd yumurtası adıyla satılan yumurtalarla bağlı mübahisələrinin şahidi olmuşuq.Hətta əsəbləri dözməyən orta yaşlı bir qadın həmin yumurtanı sınıdırıb və az qalasatıcının «gözünə soxmaq» istəyirdi. Deyirdi ki, bax gör bu yumurtanını rəngi ağappaqdır.Kənd yumurtası isə sındırılanda sapsarı olur.

Bu cür anlarla mağaza vədükanlarda tez-tez üzləşmək mümkündür. Hətta bu sətirlərin müəllifi bir neçə dəfəkənd yumurtası adı ilə satılan «girdirmə» yumurtalara görə mağaza müdirinə etirazınıbildirib. Və mağaza müldiri də söz verib ki, həmin yumurtalar satışdan çıxarılacaqvə bir daha belə hallara yol verilməyəcək. Amma bir neçə gündən sonra həmin mağazayabaş çəkəndə yenə həmin mənəzərənin və həmin hadisənin yenidən şahidi olmuşuq.

Onsuz da ayrı-ayrı işbazlarbu millətə zaman-zaman keyfiyyətsiz, vaxtı ötmüş maları sırımaqda çox ustalaşıblar.Hətta o qədər ustalaşıblar ki, yerli kərə yağlarını «Novoye Zellandiya» adı altındacamaata sırıyırlar. Əgər bu işbazlar belə keyfiyyətsiz malları xarici mal adı iləəhaliyə sata bilirsə, onda görün broyler fabrikində toyuqların yumurtladığı yumurtalarıkənd yumurtası adı ilə necə asanlıqla satışaçıxara bilirlər.

Bəs onda müxtəlif keyfiyyətsizməhsullara qarşı mübarizə aparmalı olan və eləcə də süni bahalaşdırma yaradan işbazlaraİqtisadi İnkişaf Nazirliyi niyə «dur» demir. Axı bu cür qanun pozuntularına qarşımübarizə aparmaq məhz İqtisadi İnkişaf Nazirliyinin slahiyyətləri daxilindədir.

İndi yenə kənd yumurtasındandanışaq. Çünki kənd yumurtasının bir ədədinin qiyməti 25-30 qəpik arasında satılır.Sadəcə əhali bir qədər maariflənməli və bilməlidir ki, mağazalarda 17 qəpiyə satılanyumurta broyler fabriklərinin toyuqlarının yumurtasıdır. Ən azından həmin yumurtanıalanda 17 qəpikdən keçib sındırmaq lazımdır. Bax, onda görəcəksiniz ki, onun içərisiağappaqdır. Yəni bir çox mağazalarda satılan yumurta kənd yumurtası deyil.

***

Elan

Bayramov Sücayət Ulduz oğlununadına Bakı şəhər, Y.Mürsəlov küçəsi ev 60-a verilmiş çıxarış və texniki pasportitdiyi üçün etibarsız sayılır.

Faiq QİSMƏTOĞLU