adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Dekabr 2014 14:39
7425
SAĞLAMLIQ

O ki var bağırın!

Hirsinizi həmişə içinizdə boğmayın. Mütəxəssislərbelə məsləhər görürlər. Adalet.az xarici mətbuata istinadən bildirir ki,amerikalı həkimlərin araşdırmalarına görə, həmişə əsəbini boğan, içəridən özünü"yeyən" insanlar xərçəng xəstəliyinin müxtəlif növlərinə, xüsusən dəbeyin xərçənginə tutula bilərlər. Odur ki, bacardıqca və ya imkan düşdükcəkimisə "qarmağa” keçirib ona o ki var bağırın. Yaxşı olar ki, hirsinizi eləsizi əsəbləşdirən adama tuşlayasınız. Əgər bunu edə bilmirsinizsə və ya sizidəli edən müdirinizdirsə, başqa "qurban” tapa, bədəbəddə kimsəsiz yerdə boşluğaqışqıra bilərsiniz.

Ümumiyyətlə,mütəxəssislər bildirirlər ki, həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar.Özünü danlama, vicdanın həddindən artıq "oyaq” olması, nigarançılıq, bezginlik,tələskənlik əsəblərin zəifləməsinə səbəb olur.

Əsəb zəifliyiolan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilknövbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarındanbiri açıq havada gəzinti, ilıq suyla çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır.

Bundanbaşqa bir sıra qidalar da əsəblərin möhkəmlənməsində yaxşı təsir göstərir. Bunagörə də, armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, alma,zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsullarını rasionunuzdan əksiketməyin!