adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Noyabr 2017 13:26
13815
MƏMLƏKƏT

O İLLƏRDƏN GƏLƏN SƏS

Bakıda bir-birindənqədim və zəngin tarixə malik olan abidələr və yaşayış binaları çoxdur. Təbii ki,bu qədim tarixi abidələr də müxtəlif dövrlərdə imkanlı adamlar tərəfindən inşa etdirilib.Düzdür, həmin qədim abidələr bir qədər köhnəlib və bəzilərinin hörgüsündən daşıda düşüb.

Nə yaxşı ki, bu abidələrUlu Öndər Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən zaman-zaman diqqətdəsaxlanılıb və bərpa edilib. İndi demək olar ki, Bakı şəhərində əksər qədim binalar– xüsusən də XIX və XX əsrin əvvəllərindən inşa edilmiş tarixi abidələr əsaslı surətdəyenidən bərpa edilərək bugünkü zamanımıza çatdırılıb.

Belə bir tarixi abidələrdənbir neçəsi də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşir. Aydındır ki, bu abidələrinqorunub saxlanılması və bərpa edilməsi üçün dövlət səviyyəsində bütün addımlar zamanındaatılıb. Əlbəttə, tarixi abidələrimizin bərpası da əsaslı surətdə yenidən tikilməsigələcək nəslə bu sənət nümunələrinin ötürülməsi deməkdir.

İndi bu ünvanda«Abşeron» sanatoriyası fəaliyyət göstərir. Sanatoriyanın mədəni-kütləvi tədbirlərşöbəsinin müdiri Mehman Salmanov bir daha bizə həmin binaların tarixi ilə bağlıməlumat verərək bildirir ki, bura vaxtilə Bakı milyonerləri Şəmsi Əsədullayevin və Musa Nağıyevin mülkləri olub. Və onlar hərikisi bir-biriylə quda idilər. Yəni hər iki milyoneri bir-birinə bağlayan qohumluqtelləri mövcud olub. Bu binalar 1901-ci ildə inşa edilib. Aydındır ki, həmin dövrdənbəri uzun bir müddət ötüb və tikilmiş binaların bir çoxu köhnəlib və hətta sökülərək pis vəziyyətə düşüb. Ona görə də bubinalardan biri milli-memarlıq üslubunda yenidən tikilib, tarixi ənənələr qorunubsaxlanılmaqla öz orijinallığını tapa bilib. Təbii ki, tarixi abidələri bərpa etməkvə eyni zamanda onları qoruyub saxlamaq bir vətəndaş kimi bizim borcumuzdur. Axıhər bir tarix millətin keçmişidir. İndi ikinci bina da milli-memarlıq üslubundabərpa edilir. Çoxgüman ki, həmin bina da gələn ilin aprel, may aylarında istifadəyə veriləcək.


Bizimləsöhbətində Mehman müəllim onu da qeyd etdi ki, Şəmsi Əsədullayevin nəvəsi ÜmbülbanuƏsədullayeva 1995-ci ildə Azərbaycana gəlib. Bu zaman o, Ulu Öndər Heydər Əliyevləgörüşüb və Ulu Öndər də bildirib ki, gəlin, babanızın mülkünə sahib durun. O dabu diqqətə və qayğıya görə, Heydər Əliyevə minnətdarlıq eləyib və babasının mülkünəbaş çəkib. Həmin vaxt da bu ərazidə 70 nəfərdən və 18 ailədən ibarət məcburi köçkünvə qaçın ailəsi məskunlaşıbmış. Onlarla görüşənÜmbülbanu xanım deyib ki, mən burdakı insanları didərgin sala bilmərəm. Ona görədə bu mülkümü dövlətimə və xalqıma bağışlayıram. Amma burda mən bir balaca səliqəsizlikgördüm. Gərək siz buranı çox təmiz və səliqəli saxlayasınız. Sonra Ümbülbanu xanımrəhmətlik baş həkim Adil Mahmudovun otağında onlarla bir xeyli söhbət etdi. Baş həkimin təsərrüfat işləri üzrə müavini rəhmətlikƏlövsət İsmayılovun qoluna girib pilləkənlərlə aşağı düşdü. İndi bu bina əsaslısurtədə milli-memarlıq üslubunda təmir edilib.Ümbülbanu Əsədullayeva Amerikanın Los-Angels şəhərində yaşayırdı. Axır vaxtlardaTürkiyədə ömür sürüb, orda da vəfat edib. Vəsiyyətinə əsasən vətəninə gətiriblərvə dədə-baba yurdu Əmircanda dəfn ediblər.

İndigörün bu insanın necə böyük ürəyi varmış. Və istəsəydi baba mülkünə sahib də çıxabilərdi. Ancaq onun ürəyinin böyüklüyü və vətənpərvərliyi insanların sevincinə səbəboldu. Bu cür adamlar təbii ki, heç vaxt yaddan çıxmırlar və undulmurlar.

Bugün «Abşeron» sanatoriyası ölkəmizin ən şəfalı ocaqlarından sayılır. Yəni burdaürək-damar, mədə-bağırsaq və digər xəstəliklərə qarşı kompleks müalicələr vardı.Masazır palçığının müalicəsinin əhəmiyyəti isə çox möcüzəlidir. Bu müaliəcədən kimsə6-7 dəfə qəbul etsə, onda soyuqdəymə qısa zaman kəsiyində aradan qaldırılacaq. Hələbiz Naftalan palçığını, müxtəlif təbii müalicələri demirik. Onlar da hamısı insan üçün çox şəfalıdır.

Sanatoriyanınbaş həkimi Fəxrəddin Kazımov bildirir ki, bu gün hazırda sanatoriyada iki korpusfəaliyyət göstərir. Və üçüncü korpus da milli-memarlıqüslubunda yenidən təmir edilir və yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Burda25 nəfərin hərtərəfli istirahəti üçün lazımi şərait yaradılacaqdır. Üstəlik də həminkorpusun yeməkxanası və çayxanası da olacaqdır. Belə ki, birinci mərtəbədə yeməkxanafəaliyyət göstərəcək, ikinci mərtəbədə isə kimin ürəyi istəyirsə qalxıb orda çayiçə biləcəkdir. Onu da qeyd edim ki, müalicə korpusumuz əsaslı surətdə təmir edilib.Bir çox yeni tibbi avadanlıqlar alınıb. İdmanla məşğul olmaq üçün yeni avadanlıqlargətirilib. Təbii ki, bunların hamısı müalicəyə gələn insanların daha yaxşı şəfatapmasına xidmət eləyir.

Başhəkimin müalicə işləri üzrə müavini Şahin Quliyev də çox təcrübəli və savadlı birziyalıdır. O, 40 ilə yaxındır ki, bu müəssisədə çalışır. Tibb elmləri üzrə fəlsəfə doktrudur. Onu da qeydedək ki, Şahin həkim nə qədər savadlıdırsa, bir o qədər də ziyalı, sadə və səmimiinsandır. İnanın, elə bir xəstə olmaz ki, Şahin həkim onu axıra qədər dinləməsin,müayinə eləməsin və yüksək səviyyədə ona müalicə yazmasın. Elə bu sətirlərin müəllifidə müalicə zamanı həmişə Şahin həkimə güvənib. Bir balaca özümü narahat hiss edən kimi o dəqiqə Şahin həkiminqayğısını və diqqətini hiss eləmişəm. Şahin Quliyevin həm də çox gözəl mütaliəsi var. O, dünya və rus ədəbiyyatınıçox gözəl bilir. Və Cek London da onun ən çox sevdiyi yazıçılardandır. Söhbətimizhəmişə onunla uzun çəkirdi.

Birdəfə də Şahin həkim Cek Londonun «Həyat eşqi» hekayəsi ilə bağlı mənimlə xeyli söhbətelədi. Dedi ki, ən çətin anlarımda, sıxıntılı məqamlarında bu əsər mənim köməyiməçatır. Düşünürəm ki, əsərin qəhrəmanı ağır müsibətlərdən, çətinliklərdən, həttaölüm anlarından xilas ola bilirsə, bəs mən niyə hər hansı çətinlikdən qorxmalıyam?

Sanatoriyadatibb bacısı Kimya Qarayevanı çoxları yaxşı tanıyır. O, 43 ildir ki, bu kollektivdəçalışır. Bir dəfə onun yanında olan pasiyent ikinci dəfə Kimya xanımın yanına canatır. Bu da onunla bağlıdır ki, Kimya Qarayeva öz peşəsinin mahir ustasıdır. Yənionun kimi mədə-bağırsağı yuyan çox nadir tibb bacısı ola bilər. Kimya xanım deyirki, mənim üçün ən böyük mükafat insanların sevgisi və səmimiyyətidir. Kimsə mənimmüalicəmdən şəfa tapırsa, mən bundan həddindən artıq şad oluram. Kimya xanım ölkəprezidenti tərəfindən «Tərəqqi» medalı ilətəltif edilib. Dəfələrlə işlədiyimüəssisənin fəxri fərmanına layiq görülüb. Onun yanında çalışan Telli Ələkbərovada gənc olmasına baxmayaraq, çox bacarıqlı və səmimi bir qızdır. Və mən həmişə ona«qızım» deyə müraciət edirdim. Çünki mənim də qızımın adı Tellidir.

Aydındırki, insan şəfa tapdığı yerə daha tez-tez üz tutur. Elə mənim özüm də düz 25 ildirki, bu şəfa ocağına gedərək müalicələr qəbul edirəm. Az-çox ayaq üstdə dura bilirəmsə,elə həmin şəfa ocağının gücü hesabına addımlayıram. Bu sanatoriyada tibb bacılarındanMehriban, Maya, Zərqələm, Sevinc, Toma, İradə, Gülzar, Zülfiyyə, Pəri və digərlərihəqiqətən də insanların böyük məhəbbətini qazanıblar.

Dördüncükorpusda işləyən tibb bacılarından Raya xanımsa düz 50 ildən çoxdur ki, bu kollektivdəçalışır. Onun nə qədər zəhmətkeş adam olduğunu xəstələr yaxşı bilirlər. 4-cü korpusdahəm də Sevinc xanım kimi çox savadlı və mədəni bir ziyalı da işləyir. Çünki biz4-cü korpusda qalarkən həmişə onun səmimiyyətinin şahidi olurduq. Şəmsiyyə xanımsaotaqların təmiz saxlanılmasında çox zəhmət çəkirdi. Hər dəfə otağa girəndə səliqə-səhmanabaxıb rahat olurduq.

Şəfaocağı o vaxt insana rahatlıq gətirir ki, orda müalicə olunun adam onun xeyrini görür.Həkimlər deyir ki, sanatoriyada müalicənin nəticəsini bir-iki aydan sonra daha yaxşıhiss etmək mümkündür. Bu sözdə böyük həqiqət var. Çünki bir-iki ay keçəndən sonrahiss edirsən ki, daha gümrah və daha sağlamsan. Təbii ki, bu da «Abşeron» sanatoriyasındainsanları müalicə edən həkimlərin əməyinin bəhrəsidir.

Hərhalda, şəfanı birinci insana Allah-Təala bəxş eləməlidir. Və Allah-Təala da bizəşəfanı çox vaxt belə gözəl həkimlərin əlləriylə verir. Deməli, şəfa ocağına gedəndə insan müalicə götürür vədaha gümrah olur. Yəni o, ağır xəstələnibxəstəxanaya düşmür…


Faiq QİSMƏTOĞLU