adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Iyun 2023 10:49
460
ƏDƏBİYYAT

“O, həmişə zarafatla deyirdi ki, onları öldürdülər mən isə...”

““Vaqif müəllim yazılarda, onun adıyla bağlı görülən işlərdə xatırlanır. Ötən il “Mən sənin yuxunam” adlı kitabım çapdan çıxdı.

Sonra onun poemalarını bir yerə topladıq və çap etdik. Son zamanlar isə Vaqif müəllimin elektron kitabxanasını hazırlamaqla məşğul oldum”

Bunu Adalet.az-a açıqlamasında Xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə xanım Vəkilova deyib. Nüşabə xanım həmişə Vaqif müəllimin adını yaşadacağını bildirib:

“Bu gün saat 16:40-da kitab festivalında həmin saytın təqdimat mərasimi olacaq.  Hər halda nə qədər ki, mən varam işlər davam edəcək. Vaqif müəllim Mikayıl Müşfiqlə və Qarsiya Lorkayla bir gündə anadan olub. O, həmişə zarafatla deyirdi ki, onları öldürdülər mən aradan çıxdım”. 

Qeyd edək ki, bu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. 

Vasif Əlihüseyn