“O, həmişə duruşunu, ləyaqətini saxlayan çox ciddi insanlardan biri idi...”
“Əlbəttə, Elxan Qasımovun vəfatı üzücüdür. Onu tanıyan adamlar üçün isə ikiqat üzücüdür. Ona görə ki, həm şəxsiyyət, həm də kino aktyoru, rejissor olmaq etibarıyla cəmiyyətdə çox böyük nüfuzu var idi. Sənət adamları arasında çox sevilirdi”
Bunu Adalet.az-a açıqlamasında professor Qulu Məhərrəmli Xalq artisti Elxan Qasımovun vəfatı haqda danışarkən deyib. Q.Məhərrəmli cəmiyyətimizin çox böyük bir itki verdiyini bildirib:
“Bizdə belə çox az-az olur ki, bir sənətkar həm də öz şəxsiyyəti ilə insanlar arasında nüfuz qazanır. İndi bəzən ictimai hadisələrə, bu və ya başqa prosesə münasibət baxımından bizim sənət adamları ciddi yanlışlıqlara yol verirlər. Amma Elxan Qasımov həmişə duruşunu, ləyaqətini saxlayan çox ciddi insanlardan biri idi. Mən şəxsən onu tanıyırdım, yaxın münasibətlərimiz var idi. Ona görə xəstəxanaya düşmə xəbərindən və vəziyyətinin ağırlığını biləndən sonra çox narahatlıq keçirirdim. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti çox ciddi bir itki verdi. Təkcə kino, sənət aləmi yox, ümumiyyətlə ictimai resurs, milli dəyər baxımından Elxan Qasımovun vəfatı çox ağır itkidir. Allah ona rəhmət eləsin!”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
20 Sentyabr 2026 18:05
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
20 Sentyabr 2026 15:15
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12


Bakı -°C

