adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Noyabr 2018 10:06
82217
MÜSAHİBƏ

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Onu efirdəntanımışam. İlk dəfə Dövlət Televiziyasının efirində Gürcüstanla bağlı süjeti təqdimedirdilər. Və həmin süjetin təqdimatçısı da O idi. Diksiyası, faktı təqdim etməsi,eləcə də fakta uyğun olaraq seçilən məqam, mənzərə bir-birini elə tamamlayırdıki, müəllifin naşı olmadığı, bu işdən kifayət qədər bilgili olması özünü büruzəverirdi...

Doğrusunu deyimki, bəzən ekranda, efirdə elə kadrlarla, elə informasiyalarla, xüsusilə onusınıq-salxaq, bir-birilə uyğunlaşmayan fikirlə təqdim edənlər görüntülənir ki,adam təəccüb edir. Hətta düşünürsən ki, bu cür yanlışlıqlara, bu cür mənzərələrənecə imkan verilir...

Təbii ki, efir də,ekran da böyük məkandı, orada yaxşı da, pis də, uğurlu-uğursuz verilişlər dəolub və bundan sonra da yəqin ki, olacaq. Çünki iş olan yerdə qüsur dəqaçılmazdı... Bütün bunları sözgəlişi xatırlamıram. Bunlar əslində mənimsonradan üzbəüz tanıyıb dostlaşdığım dostumla etdiyim söhbətlərin çox kiçik fraqmentləridi.Mən də həmin fraqmentlərə söykənərək indi onunla müsahib olmuşam və istəyirəmki, müsahibimi olduğu kimi, görüb tanıdığım kimi sizə də təqdim edim. Biləsinizki, Azərbaycan Televiziya və Radio QSC-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğluyaradıcılıq yolunu hardan başlayıb və bugün Gürcüstan gerçəkliyi onun təqdimatında necə görünür.

Haşiyə:Şahismayıl Şəmməd oğlu Məmmədov 1962-ci il aprel ayının 10-da Qardabanirayonunun Kosalı kəndində anadan olub. Burada orta məktəbi əla qiymətlərlə bitirib. Sonra sənədləriniAzərbaycan Pedaqoji İnstitutuna təqdim edib və 1980-ci ildə həmin institutunfransız dili fakültəsinə qəbul olub.Orta təhsilini əla qiymətlərlə başa vuran Şahismayıl institutu da fərqlənmədiplomu ilə bitirərək doğulduğu kəndə qayıdıb. Burada əmək fəaliyyətinəbaşlayıb. Üç il sonra həmin dövrlərdə Dövlət Universitetinin nəzdində fəaliyyətgöstərən iki illik Jurnalist Sənətkarlığı kursuna daxil olub və 1985-ci ildə buinstitutda da təhsilini uğurla başa vurub. 1989-cu ilə kimi Kosalar kənd məktəbindəfransız dili müəllimi işləyən Şahismayıl yaradıcılığa da meylli olduğundanTiflisdə nəşr olunan "Sovet Gürcüstanı" qəzetində "Xəbərlər"departamentində direktor müavini kimi fəaliyyətini davam etdirib.

Onun imzası, təqdim etdiyi informasiyalar artıqdiqqəti çəkməyə başlamışdı. Ona görə də Bakıda da bu bacarıqlı kadrdan istifadəetmək qərarına gəldilər. Və 1991-ci ildə Şahismayıl Şəmmədoğlu "AzərTac"ınGürcüstan üzrə xüsusi müxbiri təyin edildi. Bir qədər sonra isə, yəni 1994-cüil yanvar ayının 2-də onu həm də Azərbaycan Dövlət Televiziyasının Gürcüstan təmsilçisivəzifəsinə irəli çəkdilər. Paralel olaraq 2005-ci ilə qədər Şahismayıl Şəmmədoğluhər iki vəzifədə özünü bacarıqlı mətbuatişçisi kimi oxucu və tamaşaçılara sevdirə bildi. Elə buradaca onu da əlavə edəkki, Şahismayıl Şəmmədoğlu fransız dilini də unutmadı. O, bu gün TbilisiHumanitar Universitetində fransız dilini də tədris edir. Sadəcə olaraq, müəyyənqanunçuluğa uyğun olaraq 2005-ci ildən "AzərTac"dakı vəzifəsindənistefa verib. Ailəlidir, övladları, nəvələri var.


- Qısa tərcümeyi-haldanməlum olduğu kimi, Şahismayıl Şəmmədoğlu kifayət qədər həyat və mətbuat təcrübəsiolan media təmsilçisidir. Ona görə də bir həmkar kimi söhbətləşmək, nisbətənasan olsa da, amma onun jurnalist marağında olan mövzulardan da yan keçməkmümkün deyil. Yəni o, söylədiyi hər bir fikirdə növbəti bir sualın ipucu ortayaçıxır. Bu mənada yazılı mediadan ekrana, efirə transfer edən Şahismayıl Şəmmədoğluüçün yaradıcılıq mühiti hansı istiqamətə dəyişdi, siz hansı çətinliklərlə vəyaxud hansı gözləmədiyiniz məqamlarla qarşılaşmalı oldunuz?

- Həqiqətənyazılı mediadan televiziya, radio sahəsində çalışmaq fərqlənir. Yəni biri varkağızla, qələmlə üz-üzə oturasan, fikirlərini, düşüncələrini zaman-zaman öziçində, sonra da vərəqlərdə göyərdəsən. Biri də var ki, kamera və mikrafonlaözünü hadisə yerinə çatdırıb, hüquqi terminlə desək, isti izlərlə tamaşaçıya,dinləyiciyə informasiya verəsən. Bax, bu informasiyanı elə təqdim etməklazımdır ki, onu dinləyən, onu izləyən oradan özünə lazım olan nəyisə götürəbilsin, məlumatlansın. Həm də kameranı elə yönəltməlisən ki, arxa plandakıhadisənin mahiyyəti də tamaşaçının aldığı informasiyanı tamamlasın. Bu mənada"Xəbərlər" Departamentində işləməyim məndə müəyyən peşəkarlığınformalaşmasına şərait yaratmışdı, imkan vermişdi. Mən də televiziyaya gələndə təbiiki, daha çox informasiyalarla, xəbərlərlə işləyəcəyimi bilirdim. Ona görə dəteleviziya mühiti məni çox sıxmadı. Artıq qısa bir zamandan sonra hiss etdimki, yavaş-yavaş "ekran adamı" ola bilirəm.

- Bir tamaşaçıkimi sizin təkcə Gürcüstan bürosunun rəhbəri olaraq yalnız informasiyalardeyil, həm də televiziyanın müxtəlif redaksiyalarının xəttilə geniş süjetli, həmdə kifayət qədər vaxt ayrılmış verilişlərinizi də izləmək mənə nəsib olub.Onlardan biri heç vaxt yadımdan çıxmır. Borçalı yaylaqları ilə bağlıhazırladığınız həmin o kadrları izləyəndə və səsləndirilən fikirləri yaddaşımayazanda mən xəyalən həsrətini çəkdiyim Qarabağa, düşmən caynağında qalandağlarımıza getmişdim...

-Xatırlatdığınız üçün təşəkkür edirəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, həminverilişlə bağlı böyük ziyalımız, dəyərli alimimiz, professor Camal Mustafayev də mənə görüşlərimizin birində söylədi ki,ekrandan səsləndirdiyin "o toy bu toya həsrətlə baxır" fikri yurdnisgilimizin, yurd dərdimizin qaysağını qopartdı. Gözəl tapmışdın o məqamı... Vəmən həqiqətən Borçalı yaylaqlarından hazırladığım həmin o verilişin bütünkadrlarını bu gün gedə bilmədiyimiz, ermənilərin nəzarəti altında olandağlarımıza baxa-baxa lentə almışdım.



- Şahismayıl müəllim,Azərbaycanın sərhədləri daxilində yaşamaq, işləmək və bu sərhədlər içərisindənçıxıb hardasa Azərbaycanı təmsil etmək bu bir fərqli məsələdir. Amma azərbaycanlıolub başqa bir məmləkətdə, başqa bir məmləkətin vətəndaşı olaraq Azərbaycanı vəazərbaycançılığı təmsil etmək bu da başqa bir məsələdir. Sizin taleyinizəGürcüstan vətəndaşı olan azərbaycanlıqisməti yazılıb. Bax, bu mənada sizin missiyanız daha böyük və daha çətindir.

- Sualın qoyuluşuhəqiqətən maraqlıdı. Ona görə ki, biz Gürcüstan azərbaycanlıları, xüsusilə onunziyalı təbəqəsi çiyinlərimizdə iki məsuliyyəti daha çox və həm də şərəflədaşıyırıq. Onlardan biri Gürcüstan vətəndaşı olmaqdır, ikincisi isə Gürcüstanda öz dədə-baba torpağında AzərbaycanZiyalısı olmaqdır. Bir vətənpərvər azərbaycanlı kimi, digər ziyalılarımız kimi,həmişə Gürcüstanda yaşayan azərbaycanlıların yanında, içərisində olmaqlaonların bütün yaşantılarını izləmişəm, görmüşəm, öz həyatımda hiss etmişəm.Xüsusilə Sovetlər Birliyi dağılandansonra, həmin o xaosun baş alıb getdiyi illərdə Gürcüstandakı azərbaycanlılarınmaddi, mənəvi sıxıntıların, üzləşdikləri təzyiqlərin şahidi olmuşam. Həttaordakı insanların təhnəsində çörəyin olmadığını da görmüşəm, bilmişəm. Bu gün dəyadımdadı, bizim Suqalası kəndində bir ailənin çörək olmaması səbəbindənevini-eşiyini atıb köçmək istəyəndə mən sonuncu vəsaitimi xərcləyib bir kisə unalıb həmin evə aparıb verdim və rica etdim ki, yurdumuzu boş qoymayın. Çətinliklərbeş-on gün, lap bir il davam edə bilər. Amma ata yurdunu tərk etmək, onusahibsiz qoymaq böyük günahdır. Bu addımı atmayın. Təsəvvür edin ki, həmin illərdəGürcüstanın əksər ərazilərindən insanların 80 faizi yurd-yuvasını tərk edirdi.Şükürlər olsun ki, Ulu Öndərin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasıGürcüstandakı azərbaycanlıların ümidçırağını yandırdı. Artıq həmin köçmüş insanların demək olar ki, 90 faizi özevinə-eşiyinə qayıdıb. Faktiki olaraq bugün Gürcüstandakı azərbaycanlılar quruculuqla, həyat şəraitlərini yüksəltməkləməşğuldular. Bu da o deməkdir ki, biz yurdumuzu boş qoymadıq. Ulularımızın bizəəmanət etdiyi ocaqlarda işıqların sönməsinəimkan vermədik. O ki qaldı Gürcüstandakı azərbaycanlı ziyalılara, onların səsi,faəliyyəti indi daha çox eşidilir, görünür. Üstəlik, artıq Gürcüstaniqtidarında bizim təmsilçiliyimiz də get-gedə artmaqdadı. Burada da Azərbaycanhökumətinin, şəxsən cənab İlham Əliyevin böyük xidməti var. Məhz onun tapşırığıilə Azərbaycan Neft Şirkəti Gürcüstanın ali məktəblərinə daxil olmuş azərbaycanlıtələbələrin təhsil haqqını ödəyir. Bu isəiqtisadi problemlərlə üzləşən həmin tələbələrin valideynlərinə böyük stimulverir. Uşaqlar normal güzəranla yaşadıqlarından təhsildən yayınmırlar. Faktikiolaraq bu il ilk buraxılışı edilmiş həmin məzunların böyük bir hissəsi ixtisasları üzrə işlə təmin olunmuşlar. 


ÇünkiGürcüstanın dövlət dilini bildiyindən artıq bir kimsə onlara əlavə tələbünvanlamır. Bundan başqa mənim hazırladığım "Heydər Əliyev vəGürcüstan" üç cildliyi, həmçinin Azərbaycan hökumətinin maddi dəstəyi ilə gerçəkləşdirilən layihələr, çəkilən yollar,Tbilisidəki Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadəninvə digərlərinin ev muzeyləri, həmçinin 1918-ci ildə Azərbaycanın mustəqilliyininelan edildiyi və tikintisini şəkili ustaların apardığı binanın təmir-bərpası,ümumiyyətlə isə Gürcüstan ərazisində müxtəlif təyinatlı binaların üzərindədalğalanan Azərbaycan bayrağı Gürcüstan-Azərbaycan dostluğuna bariz bir nümunədir.Xatırlatmaq istəyirəm ki, Gürcustanziyalıları, xüsusilə gürcü ziyalıları Azərbaycanın önəmini, onun varlığını yüksəkdəyərləndirirlər. Bilirlər ki, məhz Azərbaycanın dəstəyi ilə Gürcüstan bu günözünün iqtisadi, siyasi durumunu təmin edə bilib. Çünki Gürcüstan ərazisindənkeçən kəmərlər, dəmir yolu xətləri öz əhəmiyyətinə görə, Gürcüstan üçün böyükinvestisiyadı, yatırımdı. Bir az obrazlı desək, Gürcüstanın süfrəsində payınüçdə ikisi Azərbaycanın ona etdiyi hədiyyələrdir.

- Şahismayıl müəllim,mən hərdən yolumu Gürcüstana salıram.Orada əldə etdiyim məlumata görə,Marneulidə Gürcüstan azərbaycanlılarının mədəniyyət mərkəzi var idi. Təəssüfki, bu gün həmin mərkəz bərbad birdurumdadı...


- Bəli, budoğrudan da belədir və mənim əldə etdiyim bilgilərə görə, inşallah, həmin mərkəz, eləcə də Gürcüstanındigər azərbaycanlılar yaşayan bölgələrində yeni mərkəzlərin də tikilib istifadəyəveriləcəyi gözlənilir. Bunu ona görə inamla vurğulayıram ki, Azərbaycan hökuməti,xüsusilə cənab İlham Əliyev Gürcüstan azərbaycanlılarına həmişə diqqət yetirib.Hələ ümummilli liderimiz Gürcüstana etdiyi səfər zamanı vurğulamışdı ki, butorpaqlar bizim ata-babalarımıza məxsusdur. Bu torpaqları qoruyun, saxlayın vəgələcək nəsillərə siz də hədiyyə edin. Bax, cənab İlham Əliyev də özününGürcüstan səfərlərində həmişə oradakı azərbaycanlılarınproblemləri ilə maraqlanır, onlara hər cür dəstək verir. Bu, Gürcüstan hökumətiüçün də yaxşı bir nümunədir.

- Təbii ki,problemlər həmişə var və problemləri də ortadan qaldırmaq hər bir kəsin təkcə vətəndaşlıqborcu yox, həm də insanlıq vəzifəsidir. İnsan da o zaman özünü daha çevik, dahahəvəsli, daha yorulmaz hiss edir ki, onun əməyinə qiymət verilir. Mən sizinlədost olduğum bu illər ərzində öyrənmişəm ki, siz prezident Şevardnadzenin vaxtında Gürcüstanın"Şərəf" ordeninə, prezident Saakaşvilinin vaxtında Gürcüstanın"Şöhrət" ordeninə, bu günlərdə istefaya göndərilən GeorgiMarqelaşvilinin zamanında isə Gürcüstanın "Əməkdar jurnalist”i adına layiqgörülmüsınız...


- Siz birjurnalist dəqiqliyi ilə mənim barəmdə çox şeyləri artıq öyrənmisiniz. Bu mənisevindirir. Amma tam səmimiyyətlə demək istəyirəm ki, Gürcüstan hökumətinin məniməməyimə verdiyi bütün qiymətlər Azərbaycan xalqına, Azərbaycan televiziyasınaşamil edilməlidir. Çünki mən onun təmsilçisiyəm və bununla da qürurduyuram. Bundan sonra da üzərimə düşənmissiyanı xalqımın və çalışdığım şirkətin adına layiq bir səviyyədə davam etdirəcəm.


... Bəli, biziki dost demək olar ki, Gürcüstanla, Gürcüstandakı reallıqlarla, eləcə dəŞahismayıl Şəmmədoğlunun vəzifəsi və özəl həyatı ilə bağlı çox məqamlardan söhbətaçdıq, çox hadisələri xatırladıq. Bir daha öyrəndim ki, Şahismayıl 16 sənədlifilmin həm ssenari, həm də ideya müəllifi olubdu. Həmin filmlərdən Ulu Öndərə həsrolunmuş "Dənizdən dənizə", prezident İlham Əliyevin 50 illiyinə ithafolunmuş "İlham Əliyev və Gürcüstan", "İrsiyyət Fondu","Dostluq yolu", "Borçalıda nə var, nə yox" və başqaları...Və söhbət boyu mən birmənalı şəkildə yenidən əmin olub inandım ki, Şahismayıl Şəmmədoğlubütün varlığıyla, bütün ruhuyla Azərbaycanısevən, Azərbaycanı təmsil etməyə layiq olan Gürcüstan azərbaycanlısıdı - həm dəBöyük Azərbaycanlılardan biridir! Özü də gözü, könlü tox azərbaycanlıdır. Bizsöhbət əsnasında bir dəfə də olsun yaşadığı sıxıntılardan, problemlərdən kiçikştrixlərə də yer ayırmadı, toxunmadı. Amma mən özüm-özlüyümdə kiçicik də olsabir sızıltının qəlbimdən keçdiyini gizlədə bilmədim. Bir Azərbaycan vətəndaşı,bir mətbuat işçisi kimi düşündüm ki, Gürcüstan hökumətinin, Gürcüstanın hakimdairələrinin dəyərləndirdiyi, əməyinə qiymət verdiyi Şahismayıl Şəmmədoğlu görəsənBakıda niyə yada düşmür? Nədən onun adıhansısa bir təqdimatda əks olunmur?

Hə, bu mənimŞahismayıla birbaşa demədiyim və nədənini soruşmadığım sual idi. Onu özüm üçünsaxladım. Düşünürəm ki, bu sualın mətbuataçıxmasına görə, dostum məndən hardasa incisə,haqlı ola bilər. Amma mən də öz haqqımdan istifadədə çəkinmədim. Çünkiürəyimdən gəlib keçən duyğu idi.

ƏbülfətMƏDƏTOĞLU