adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Aprel 2016 12:19
29797
HÜQUQ

Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayon şöbəsini məhkəməyə verib.

N.Cəfəroğlu əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hüquq müdafiəçisinin iddiasını təmin edib. Qərardan narazı qalan DSMF-nin Yasamal rayon şöbəsi apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.