Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatdı - YENİLƏNİB
Növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 8 ailə 29 nəfər, Ballıca kəndinə isə 1 ailə 5 nəfərin köçü həyata keçirilib.
Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarərtmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib. Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə - yəni 811 nəfər köçürülüb.
***
11:54
Xocalı şəhərinə və rayonun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Adalet.az xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29) nəfər köçürülüb.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 85 ailə (341 nəfər), Ballıca kəndinə isə 172 ailə (811) nəfər köç edib.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

