Norveç Ukraynaya qaz təchizatında kömək edəcək

Norveç qarşıdan gələn qış mövsümü öncəsi Ukraynaya qaz təchizatında yardım göstərəcək.
Adalet.az xəbər verir ki, bunu Norveçin Baş naziri Jonas Qar Störe Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Söhbət təxminən 84 milyon avro əlavə vəsaitdən gedir.
"Qışda Ukrayna enerji resurslarının çatışmazlığı ilə üzləşə bilər. Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə qaz təchizatını və ehtiyatların toplanmasını maliyyələşdiririk", - Baş nazir qeyd edib.
Öz növbəsində, V.Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələri qaz infrastrukturuna hava hücumları həyata keçirərək Ukraynanın istilik mövsümünə "hazırlığını pozmağa" çalışır.
Digər Xəbərlər

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

Türkiyədə Malazgird zəfərinin 954-cü ildönümü qeyd edilib

"Görüşün vaxtı Rusiya və ABŞ-dən asılıdır" - Zelenski
