adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Noyabr 2015 15:45
263791
MODA

Niyə moda real həyatdan uzaq olur? - ekspert cavabı

Moda dəfilələrindəqəribə, hətta gülməli geyimli modellərə sıx-sıx rast gəlinir. Baxıb bir şeyanlamayanda "Siz bilməzsiz, bunu ancaq bu sahənin insanları anlaya bilərlər”deyərək, eynən kətan üzərində cızma-qara edib hər hansı bir cərayan adı altındaonu tamaşaçılara sırıyan rəssamlar kimi danışırlar. Əslində incəsənət hər kəs tərəfindənanlaşılmalıdır, çünki bu gözəl sənət müəyyən qrup üçün yaradılmayıb. 

Bəs moda vərahat geyim bir-biri ilə üst-üstə düşürmü? Bu suala əsrlərdir ki, cavabtapılmır.



Əsrləröncəki korsetlər, hündür pariklər, yay-qış taxılan əlcəklər rahat geyim idimi?Əsla, təkcə o korsetlər bəs idi ki, həm sağlamlığa, həm də rahatlığa dağ çəksin.Amma "moda qurban tələb edir” klişəsi həqiqətən də bütün zamanlarda keçərli olub.Bugünkü gün də istisna deyil. Modelyerlər qışın günündə basanojka ilə kürkgeyindirib, şifon ətəklə uzunboğaz çəkmə nümayiş etdirirlər. Təsəvvür edin,Bakının qışında aşağı-yuxarı nahamar səkilərdə xəz paltolu "madonna” basanojkailə yeriyir... Görüntü kənardan məzəli şəkil alsa da, xanım üçün acınacaqlı bitər.Xoş, "madonnanın səkidə nə işi var?”- deyə burada haqlı müdaxilə edə bilərsiniz. 

Bəs niyəzövqün, gözəlliyin əyani nümayişi sayılan böyük moda real həyatdan uzaq olur? Busadəlövh sualın cavabını ekspertlər müxtəlif cavablandırıblar. Öncə əcnəbiekspertin fikri ilə tanış olaq:

Beynəlxalqmoda şərhçisi Aleksand Xilkeviç deyir ki, moda əsasən zəngin adamlar tərəfindənyaradılır. Onlar isə ağır torbalarla bazardan evə avtobusda getmirlər, bütüngünü ayaq üstə çalışmırlar, pul qazanmaq dərdində deyillər, metroda itələşmirlər,dayanacaqlarda üşümürlər və s. Narahat paltarlar onlar üçün sadəcə müəyyən birməkanda bir neçə saat özlərini göstərməyə lazımdır. Sonra isə lüks evlərindəayaqlarını uzadıb, xidmətçinin qulluğundan zövq alacaqlar. Bəs niyə moda zənginlərüzərində yaradılır? Aydın məsələdir: pulu kim verirsə, musiqini də o sifarişedir...    



Yerlimodelyer Gülnarə Rəhimova isə fərqli fikirdədir. Onun sözlərinə görə, praktikiolmayan, anlaşılmaz moda bilərəkdən yaradılır. Sanki moda həvəskarları arasındaseçim aparılır: "Məlum məsələdir ki, hər adam çılğın modaya cəsarət edə bilməz.Mavi rəngli saçla, qışda basanojka ilə, yayda kürklə gəzmək üçün modanın dəlisiolmalısan. Ətraf düşüncələrə fikir verməməlisən. Yalnız daha etinasız olanlar,çılğın təxəyüllü insanlar belə modaya hazır ola bilər ki, iri şirkətlər də əslindəonlar üçün işləyir. Çünki bu modabazlar onların "ştatdankənar” işçiləridir, dünyanınhər tərəfinə səpələnmiş təmsilçiləridir. Məhz belələrinin arasından vitrin, dəfilə,dərgi fotosessiyaları üçün istifadə olunur”.

G. Rəhimovahəmçinin bildirir ki, moda nə qədər orijinal və qəribə olarsa, bir o qədər onunətrafında hay-küy yaranar. Bu zaman fərq etməz onu tərifləyib, ya tənqid edirlər:"Necə deyərlər, anti-reklam da elə reklamdır. Hər iki halda modelyerin əl işiyaddaşlarda qalacaq. Böyük modada belə bir fikir var: "Nə qədər qorxuncdursa,bir o qədər dəblidir”. Çılğın modabazlar qəribə dəblərdən həm də ona görəistifadə edirlər ki, kütlədən seçilsinlər. Daha asan yadda qalsınlar, onlardandanışılsın”.

Modelyertövsiyə edir ki, ən yaxşısı fantaziyanı işə salıb bu qəribə modanı adi həyatlauyğunlaşdırmaqdır. Yəni müəyyən hisslərini çıxmaq şərti ilə orijinal görünməkmümkündür.


Şəfiqə ŞƏFA