adalet.az header logo
  • Bakı 20°C
07 Iyul 2021 12:31
79697
MÜSAHİBƏ

Nikita Yujanin: "Biz sadəcə "bakılı" idik"...

Azərbaycan muğamlarını həm bilir, həm də tədris edirəm

Hazırda Finlandiyada yaşayan tanınmış musiqiçi Nikita Yujanin 1939-cu ildə Bakı şəhərində anadan olub. O, fortepiano ixtisası üzrə ilk musiqi təhsilini Bakıda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyası-İ.H) fortepiano şöbəsinə daxil olan həmyerlimiz sonradan ali musiqi təhsilini Leninqrad (Sankt-Peterburq-İ.H) Konservatoriyasında davam etdirib. Musiqi ifacılığı üzrə doktor, fəlsəfə doktoru elmi dərəcələrinə yiyələnən professor N.Yujanin 20 ildən artıq Sankt-Peterburq Konservatoriyasında kafedra müdiri, fortepiano fakültəsinin dekanı vəzifəsində çalışıb. Bundan başqa uzun illər Qnesinlər adına Moskva Musiqi Akademiyasında, habelə Finlandiya, Yaponiya və Almaniyanın konservatoriya və universitetlərində dərs deyib. Həmyerlimiz eyni zamanda bir sıra nüfuzlu beynəlxalq müsbiqələrin münsiflər heyətinin üzvü olub. Onun tələbələri sırasında 20-dən artıq Beynəlxalq müsabiqə laureatları, ABŞ, Rusiya, Fransa və s. ölkələrin konservatoriya və universitetlərində calışan professor və yüksək fəxri adlara layiq görülən (həmcinin YUNESKO-nun "Sülh naminə inçəsənət xadimi") musiqicilər var.

N.Yujanin dünyanın bir sıra ölkələrində, o çümlədən ABŞ, Yaponiya, Rusiya, Almaniya, Finlandiya, İtaliya, Cin, Asiya ölkələri, Şərqi Avropa, Latın Amerikası, Afrikada simfonik orkestrlərlə cıxış edərək solo konsertləri verib, ustad dərsləri, simpozium, festival və müsabiqələr təşkil edib. N.Yujaninbirsırabeynəlxalqmüsabiqə və festivalların, o çümlədən "S.RaçhmaninovInternational ÇompetitionsandFestivalsUSALosAngeles" bədiirəhbəridir.

Onunbirtəsadüfnətisində tanış oldum. Adamköhnə Bakııncanlı ensiklopediyasıdır. Uzunillərdirxaricdə yaşamağınabaxmayaraqköhnə Bakını çoxyaxşı tanıyırvə xatıplayır. Söhbətimizmaraqlı alındı, ümidedirəmki, oxucularımızadamaraqlı olacaq...

 

Mən özümü əsl "bakılı balası" sayıram

 

- Mənim babamla nənəm bolşeviklərdən qaçıb ötən əsrin 20-ci illərində Bakıya köçüb. Qohumlarımızın bəziləri hətta Şanxaya da  gedib çıxıb. Atam Aleksey Maxovekski filosof, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olub. Onu dəfələrlə Moskavaya yüksək vəzifələrə dəvət etsələr də, atam Bakıda qalmağa üstünlük verib. Əslində doğru addım atıb, çünki onun Moskvadakı dostlarınıın əksəriyyətinin Stalin axırına çıxdı. Atam yeganə akademik idi ki, kommunist partiyasının üzvü olmayıb. Mən 20 yaşıma qədər Bakıda yaşamışam. Rəşid Behbudov "Akademiklər binası"nda qonşumuz olub. Akademik ailəsində böyüsəm də məhəlləmizin uşaqları ilə aram yaxşı olub. Mən özümü əsl "bakılı balası" sayıram. Bakı küçəsində böyümək uşağı mətinləşdirir, mübariz edir. Bir məsələ də var ki, o dövrün Bakısı tamam başqa aləm idi. Mən demək olar ki, 30 ildir, dünyanın bütün şəhərlərində olmuşam. Mən o dövrünün Bakısı kimi şəhərlə heç yerdə rastlaşmamışam, o, sanki ayrıca bir planet idi. O dövrdə Bakı uşaqları özlərini millətə görə ayırmırdılar, biz sadəcə "bakılı" idik.

 

- Uşaqlıqdostlarınızlaəlaqə saxlayırsınızmı, onlarınarasındabugününməşhurları varmı?

 

- Paris Universitetinin professoru Marek Drabenski, Zöhrab Adıgözəlzadə, Leonid Qusman mənim məhlə uşaqlarım olublar. Bundan başqa daha bir nəfərin adını çəkmək istəyirəm- Vaqif Mustafazadə ilə eyni musiqi məktəbində oxumuşuq və konservatoryada ikimiz də məşhur musiqiçi Şaroyevin kursunda təhsil almışıq. O da Sankt Peterburqdan qaçıb gələnlərdən idi. Professor Şaroyev istedadlı pianoçu idi. Vaqif çox vaxt dərsə gəlməz, evdə gecə-gündüz pianoda caz çalırdı. Professor Şaroyev də onun xətrini çox istəyirdi, dərsə gəlməyəndə göz yumurdu, deyirdi ki, əşi eybi yoxdur, onsuz da o çox istedadlıdır, qoy gedib cazını çalsın... O dövrdə heç kəs cazla maraqlanmırdı. Amma mən onunla bir çox tələbə gecələrində "geam-session"a çıxmışam. İnsanlar məni klassik musiqinin ifaçısı kimi tanıdıqlarından hərdən Vaqifin əsərlərini çalanda təəccüblənirlər. Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. O dövrdə Bakı incəsənət sahəsində SSRİ-də çox irəli getmişdi. Müxtəli sahələrdə yeniliklərlə burada yaxından tanış olmaq imkanı vardı. Misal üçün, Moskvada heç kəs Bakıdakı kimi rahatlıqla caz və dodekafoniya çala bilməzdi, bu canrda əsər bəstələməyə imkan yox idi. Yeniliyə həvəsi olanlar burada istədiklərini edə bilərdilər. Uzun zamandan sonra yenidən Bakıya qayıdanda həmin atmosferlə qarşılaşdım, heç nə dəyişməyib.

 

- Bayaqdedinizki, dünyanınböyük-böyük şəhərlərində fortepianoifaçılığını tədrisedirsiniz. Dərslərinizdə Azərbaycanmusiqisindənistifadə edirsinizmi?

 

- Bu gün çox sevindirici haldır ki, Azərbaycan musiqisi dünyada səslənir. Mən Azərbaycan deyəndə yalnız şimalı nəzərdə tutmuram. Azərbaycan xalqının özünəməxsus musiqisi var. Saçi adlı yaponiyalı tələbəm var və mən ona Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini öyrətməklə Azərbaycan musiqisini anlatmağa çalışıram. Mən klassik Azərbaycan bəstəkarlarının əsərlərini çox gözəl bilirəm. Bundan başqa onu da deyim ki, nəinki klassik bəstəkarlar, hətta Azərbaycan muğamlarını həm gözəl bilir, həm də dərslərimdə tədris edirəm.10 il biz Buzovnada yaşamışıq və mən oranın toylarında muğamı eşidib onu yaddaşıma yazmışam.

 

- Azərbaycan  musiqisinə xaricdə münasibətnecədir, onaekzotikmusiqikimiyanaşırlar, yoxsaprofessional?

 

- Mən yenə də Saçidən danışmaq istəyirəm. O, məni öz Allahı sayır... O bilir ki, mən musiqi sahəsində hər şeyi bilirəm. Mən Azərbaycan musiqisini ona başa salanda, görürəm ki, yaxşı başa düşmür. Çünki bu musiqi onun ürəyindən gəlmir, onun üçün yaddır. Amma Bakıya gəlib Azərbaycanı tanıyandan sonra görürəm ki, yaxşılığa doğru dəyişiklik var. Azərbaycan musiqisini başa düşmək üçün mütləq Azərbaycanı görmək lazımdır.

 

Milliyətcə finolsamda özümü azərbaycanlı sayıram

 

 

- Azərbaycanmuğamınındünyanınhərtərəfində digərcanlar- simfonikmusiqi, pop, repkimiinsanlartərəfindənqəbuledilməsi, sevilməsiüçünnə etməklazımdır? Bəli, muğamYUNESKO-nunQeyri-Maddi İrssiyahısınasalınıb, böyük-böyüksəhnələrdə ifaolunurvə alqışlanır. Ammabukütləvimusiqiyə çevrilməyib. Necə ki, bizlərklassikmusiqini öyrənməyə çalışırıq, digərmillətlərdə onupeşəkarmusiqikimi öyrənməkistəsinlər, məktəblərdə klassikmusiqikimimuğamdatədrisolunsun...

 

- Əslində mən də bu barədə fikirləşirəm. Bunun ən yaxşı nümunəsi kimi Vaqif Mustafazadənin musiqisini göstərmək olar. Vaqif caz musiqisi bəstələyirdi, amma o cazı muğamla sintez etdi. Ona görə də hamı tərəfindən qəbul olunur, sevilirdi. Fikrimcə, bu əla variantdır. Ona görə də, vaxtı boş yerə itirmək lazım deyil, bu istiqamətdə işlər görülməlidir. Muğamı ifa edərkən onun içindəki yanğını musiqiçi öz ifası, adi bir hərəkəti, baxışı ilə hiss etdirməlidir. Mənim skrpikaçı tələbəm var- Cavad Tağızadə, o, Almaniyada muğam ifa edəndə hamı heyran qalırdı. İndi o, tanınmış dirijordur. Çoxları məndən bu əsərlərin not yazısını istəyirdi. Fikrət Əmirovun əsərləri muğamlardan bəhrələndiyi üçün bütün dünyanı fəth edir. Bu gün Avropa musiqisi artıq ölüb, ona təzə qan lazımdır, bu da muğamdır. Mənim düşüncəmə görə, Azərbaycan muğamı Şərq musiqisinin özəyi, cövhəridir. Mən fəlsəfə elmləri doktoruyam, şərq musiqisini tədqiqat etmişəm. 100 il bundan əvvəl Şərq Qərbdən öyrənirdisə, artıq əksinədir, Qərbi öyrətməyə başlayıb. Nəinki musiqidə, indi bütün sahələrdə Şərq Qərbi geridə qoyub. Ona görə də, çox eksperimentlər etmək lazımdır.

 

- Muğamlarımızdanhansını bilirsiniz?

 

- Demək olar ki, hamısını.

 

- Ən çoxhansı muğamı xoşlayırsınız?

- Yaxşı ifa olunan bütün musiqilərə qulaq asmağı xoşlayıram. Amma “Cahargah”a günlərlə qulaq asaram amma yenə də doymaram.

- Bakıda qohumlarınız varmı?

 

- Bacım Bakıda yaşayır. Ona görə də, mən Bakıya uzun illərdən sonra qayıtsam da, özümü yad deyil, buranın insanı kimi hiss etdim. Mənim babamın, nənəmin, valideynlərimin, ümumiyyətlə bütün qohumlarımın  məzarları buradadır. Bu səbəbdən milliyətcə fin olsam da özümü azərbaycanlı sayıram.

 

Söhbətləşdi: İltifat HACIXANOĞLU