Nigar İsmayılqızına görə Mehriban Əliyevaya müraciət olundu
Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalistNigar İsmayılqızının vəziyyəti daha da ağırlaşıb.
Məlumat üçün bildirək ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilib. Onun bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlayıb.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevayada müraciət ünvanlanıb.
Bu haqda Nigarın bacısı Aytən İsmayılova məlumat verib.
Müraciəti olduğu kimi təqdim edirik: "Çox hörmətli Mehriban xanım! Sizin mərhəmətiniz sonsuzdur. Hər zaman ağır vəziyyətdə olan insanların son ümud yeri kimi onlara yardım etmisiniz. Azərbaycanın neçə-neçə tanınmış vətəndaşları və adları bizə məlum olmayan insanlar var ki, sizin mərhəmətiniz sayəsində yenidən həyata qayıdıblar.
Bu gün hamımızın sevimlisi Nigar İsmayılqızı həyatla ölüm arasında yaşam mücadiləsi aparır. Azərbaycanda və Türkiyədə məşhur olan, öz istedadı və qələmi ilə yüzminlərin sevimlisinə çevrilən yazıçı-jurnalist Nigar İsmayılqızı hazırda ağır vəziyyətdə Leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15