Niderland ordusu Ukraynaya girmək istəyir
Hollandiya ordusu Ukraynanın dövlət ordusu ilə birgə təyyarənin qəza nöqtəsini ələ keçirməyə hazırdır. Bu barədə hərbiçilər tərəfindən Niderlandın müdafiə naziri C.A.Xennis-Plassxaerə göndərilən məktubda deyilir.
Məktubda baş nazir Rüttedən onların Ukraynaya göndərilməsi üçün qərar verilməsinə təsir etmək xahişi edilib.
Hərbiçilərin göndərdiyi məktubda bildirilir ki, separatçı qüvvələrin həmyerlilərinin cəsədləri ilə təhqiramiz şəkildə davranılması xoşlarına gəlmir.
Məktubun sonunda bildirilir ki, "biz Holland qüvvələri vəziyyətin çətinliyini başa düşürük. Lakin istəyimizin yerinə yetirilməsi üçün sizin əmrinizi gözləyirik”.
Digər Xəbərlər
02 May 2024 11:20