adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Yanvar 2018 14:11
13403
GÜNDƏM

Nicat NOVRUZOĞLU: TOPXANADAKI ARMUD AĞACI DURUR, YA YOX?!

Bunemes uşağı nemes ermənilər Topxanadakı …

…indiki gənclər Topxananın nə olduğunu və hara olduğunu bilmirlər. Əziz gənclərimiz, Topxana Cıdır düzüilə üzbəüz bir düzəngahdı. Amma bu düzəngah qurtaranda meşələr başlayır, ona da Topxana meşəsi deyirlər. Ad da ordan gəlir ki, Qacar Şuşaya səfər edəndəhəmin düzəngahdan Şuşaya dörd-beş top atıb, toplar da Şuşaya çatmayıb, düşüb Daşaltına. Ondan sonra da həmin düzəngah şuşalılartərəfindən, eləcə də qarabağlılar tərəfindən Topxana adlandırılıb…

… bir Armud ağacını kəsmək istəyirdilər, bir milyona yaxıninsan etiraz əlaməti olaraq yığıldı Azadlıq meydanına, ermənilər də qorxub həmin Armudağacını kəsmədilər. İndi bilmirəm o Armud ağacını ermənilərkəsdilər, yoxsa yox?! Amma inanmıram kəsələr. Millət yenidən ayağa qalxabilər.

İndibir cavan şair başından böyük bir qələt edib. Baxıram mətbuatda, eləcə də sosial şəbəkələrdə xalq qalxıb ayağa, elə bil ki ermənilər Topxanadakı Armud ağacını kəsmək istəyirlər. Özü cəhənnəm, atasını da çarmıxaçəkirlər.

Bucavan şair də başından böyük qələt etdiyini etiraf edib. Amma xeyri yoxdu, yenə xalq ayaq üstədi ki, yox ey, sən niyə Armud ağacınıkəsmək istəyirsən?

AmmaArmud ağacını kəsmək istəyən erməniləri bəh-bəhləBakıya gətirirlər, gedir Gəncədə öz evindəqonşuları ilə birgə öpüşüb çay içir. AkifNağıdan başqa isə kimsə buna etiraz eləmir.

P.S. Yadımdançıxmışdı soruşam. Xəbərim yoxdur bu şəhidlərin on bir min manatlıq qan pulunuhörmətli maliyyə nazirimiz Samir Şərifov verdi, yoxsa yox? Samir müəllim, sualçətin olmadı ki?