adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Avqust 2020 14:29
15516
GÜNDƏM

Nicat NOVRUZOĞLU: Lüt ləkə

Bəzikütləvi informasiya vasitələrini və sosial səhifələri ötən gün lüt kişi şəkilləribürüyüb. Belə bir iddia atılıb ortayaki, guya bu şəkillər Daxili İşlərNazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilib. Vəinsanlar burada işgəncə və qeyri-insani rəftara məruz qalıblar.

Açığı bu şəkillərə baxan kimi burada bir təxribatın olduğuaydınca görsənir. Birincisi, kim öz cinayətini paylaşar ki?! İkincisi, niyə buşəkillərdə görsənənlərdən heç olmasa birinin kimliyi haqqında məlumat verilmir?Əgər sözsüz ki, o Azərbaycan vətəndaşıdırsa.

Bayrağımızınbu şəkillərdə ekrana düşməsi də düşünülmüş bir addımdı. Təxribatçılar bununlatam təsdiq kimi göstərməyə çalışıblar ki, guya bunlar azərbaycanda çəkilib. Yənibu fotolar məqsədli şəkildə əvvəlcədənplanlaşdırılmış ssenari üzrə çəkilib.

Dövlətqurumları əsasən də hüquq mühafizə orqanlarının imicinə zərbə vurmaq üçün hərzaman belə təxribatlar tirajlanıb. Bununla yanaşı həmçinin ölkədə qarşıdurmayaramaq, insanaları qıcıqlandırmaq üçün də də bu cür taktikadan istifadəedilib.

Rəsmilərin cavabı özünü çoxgözlətmədi. Belə ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bildirdi ki, o görüntülərinBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır: "Bugörüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərinheç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycandeyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycanbayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkməkmümkündür”.

Baş Prokurorluq isə bildirdiki, qeyd olunan fotoların ölkə ərazisində çəkilməsibarədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasisabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquqmühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinəkölgə salmağa xidmət edir.

Azərbaycan Respublikası Baş Prokurorluğu qəti olaraq bildirir ki,fotolarda yer alan şəxslər şahid, şübhəli, o cümlədən təqsirləndirilən şəxs vəya hər hansı digər statusda istintaqa cəlb olunmamış, həmin şəxslərlə əlaqədarBaş Prokurorluğun İstintaq idarəsində heç bir istintaq hərəkətiaparılmamışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edir ki, ölkəmizininformasiya sahəsində milli maraqlarına zidd olmaqla qanunvericilik aktlarınıntələblərini qəsdən pozaraq həyata keçirilən məqsədyönlü tədbirlərə inamsızlıqyaratmağa xidmət edən, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdəndezinformasiyaların yayılması yolverilməzdir.

Bu da rəsmi və dəqiq məlumat, araşdırma.

Çalışın belə şər və böhtan ləkələrə uymayın. Baxış və oxunma sayınaxatirinə bu cür çirkin oyunların iştirakçısına çevrilməyin, tirajlamayın. Oyunoynayanların oyunçusu olmayın. Ən əsası ləkə olmayın. Özü də ki, lüt ləkə.