Nicat Dağlara: “Tükənən ümidlərini burada ək – BİTƏCƏK!”

"MirsamirləAycan başını dizlərimə qoyub, "ata, sənə nə olub” – deyə ağlayırdılar. Mən isəsanki vidalaşırmış kimi onların saçlarını qoxlayırdım. Bax belə bir vəziyyətdəprezidentin göstərişini eşitdim...”
Dostluq sınanmış münasibətlərinyekunudur. Amma biz həmişə bunun ötəsini yaşadıq... Və bu ötəliyin düz 15 yaşıvar. Bir-birinə oxşar dəyər verən insanlar üçün nələrə eyham vurduğumuzsirr deyil. Mənə dəyərli və dəyərləri olan əziz dostum Nicat Dağlar haqqındaməhz bu motivdə yazı hazırlamaq nə qədər çətin olsa da, etiraf etməliyəm ki,içimdə izahı çətin olan bir məmnunluq hissi də var... O mənada ki, başınagəlmiş NAXOŞ olayla Azərbaycan mətbuatını sarsıtmış Nicatın Almaniyadakımüayinə və müalicə prosesini yerində öyrənmək və onun durumu barədəxəbərləri NİGARAN olanlarla bölüşmək məhz mənə nəsib oldu... Nə xoş ki,bu nigaran insanlar arasında prezident İlham Əliyevin öz də var!
Bad Vildungen
Varşava-Bad Vildungen: 954 kilometr və10 saatlıq bir məsafə... Dəfələrlə bu yolu getməyimə baxmayaraq, budəfə səbəbi əlahiddə, özü isə qat-qat ağır olan bu yolçuluğun qəddiniözünün məxsusi formada təskinliyə ehtiyacı olan Nicatın narahat zəngləri iləqıra bildim. Nicat həmişəki kimi gümrah deyil, alışmadığım solğun səslə,tələsməməyimi, ehtiyatlı olmağımı tövsiyə edirdi. Mənsə tələsirdim...
...Əsrarəngiz təbiəti olan bu yığcam,sakit şəhərcik Avropada daha çox ağır mahiyyətli xəstəliklərin şəfa ocağı kimitanınır. Şəhərin məşhur pasiyentləri sırasında Mixail Qorbaçov, İosif Kabzon vədigər dünyaca məşhur ictimai-siyasi xadimlər və sənət adamları olub. Buranınözəlliklərindən biri də odur ki, şəhərdəki klinikalarda dünyanın hər yerindənseçilmiş həkimlər çalışır.
Mənzil başına gecə yarısı çatdım.Nicatı ayaq üstə görməyim bir yana, onun mənəvi-psixoloji durumu məni olduqcaməmnun etdi. Eyni ağırlıqları yaşamış biri kimi etiraf etməliyəm ki, Nicatböyük iradə nümayiş etdirərək ciddi bir xəstəliklə mübarizədə artıq həqiqətəngörünən üstünlük qazanıb. Görüşərkən "QORXMA, YAŞAYACAM” dedi və özünü gümrahgöstərməyə çalışdı. Fəqət bu mənim sonuncu dəfə iki il öncə gördüyüm qamətdeyildi... O "toppuş” deyib cırnatdığım Nicatdan əsər-əlamət yox idi. Bu, insanhəyatında az olan hallardan biridir ki, adam özünü heç nə olmayıbmış kimi aparabilmir və xəstəliyin yaratdığı komplekslər Nicatdan da yan keçməmişdi. Əslindəmən DAĞLARI əridən səbəbləri əzbər bilirdim və onun məlum durumu ilə bağlıxəbəri aldığım andan hami kimi ənənəvi olaraq bu bəlanın hansısa genetiközəlliklərlə bağlı olduğunu heç ağlıma da gətirmədim. Bunun məhz bildiyimsəbəblərdən törədiyinə əmin idim: bir insan bir neçə dəvənin yükünü daha nəqədər çəkə bilərdi ki... Amma o, yenə də nikbindir. Xəstəliyi yenəcəyinəinanır. Nicat deyir uşaq vaxtı tez-tez "dava-dava” oynayarmış: Oyunda ənənəviolaraq iki tərəf olurdu: "Nemeslər” və sovet əsgərləri. Mən həmişə "nemeslər”tərəfdən "döyüşürdüm” və müharibənin nəticəsinin tam əksinə olaraq, biz qalibgələrdik. Nə qədər qəribə olsa da mən yenə də davadayam. İndi qanımdakı AĞLARLAQIRMIZILAR döyüşür. Bu dəfə mütləq QIRMIZILAR qalib gələcək.
...Bad Vildungen spesifik klinikalarınkompakt yerləşdiyi, mineral təbii ehtiyatlarla zəngin, həm də ümidlərinCÜCƏRDİYİ yerdir.
"Yetər ki, sən tükənən ümidləriniburada ək – BİTƏCƏK!” Psixoloji konsultasiya zamanı həkimin bu yanaşmasınaNicatın özünəməxsus cavabı daha yaddaqalan oldu: "Həkim, mən bura psixolojibaxımdan tam sağlam vəziyyətdə gəlmişəm. Bilirəm, bu sizi təəccübləndirəcək,amma deməliyəm ki, bu, məhz ölkəmizin prezidentinin sayəsində baş verib”.Həkim doğrudan da təəccübünü gizlətmədi. Bizim qısa izahımızdan sonra onuntəəccüb dolu görkəmi məmnunluq cizgilərilə əvəzləndi.
Allahın möcüzəsi
Terapevtin tövsiyəsinə uyğun olaraqmineral bulaqların olduğu xüsusi əraziyə yollandıq. Yol boyu Nicatı müxtəlifmövzularda söhbətə tutaraq, onun büruzə vermək istəmədiyi ağırlığınıunutdurmağa çalışdım. O həmişəki kimi maraqlı və səmimi idi...
"Qardaş, mən bəlkə sənin də təsəvvürünəgətirmədiyin dərəcədə dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnmişəm.Tiflisdə, Gəncədə, Bakıda olduğu kimi burada da telefon zənglərinin ardı-arasıkəsilmir. Prezidentin göstərişi ilə müalicə prosesinə xüsusi məsul şəxslərnəzarət edir. Bildiyin kimi, müayinə və müalicə xərcləri dövlət tərəfindənqarşılanıb, rahatlığım üçün hər bir şərait yaradılıb. Bütün bunlar mənim buxəstəliyi yenəcəyimə əminliyimi artırır. Sən mənim bura gələnə kimi hansıdurumda olduğumu görməmişdin. Son bir ay ərzində mən sürətlə çəki itirirdim.Burnumdan qanaxmalar baş verirdi. Gürcüstanda təyin olunmuş, eyni zamanda almanhəkimlərinin də təsdiqlədiyi olduqca bahalı və o zaman mənim üçün əlçatmazolan dərmanlar hesabına artıq dirçəlirəm. Burada da əlavə preparatlarqəbul edirəm və artıq gördüyün kimi ayaq üstəyəm. Əslində, bu mənim üçünAllahın möcüzəsidir. Mən bu möcüzəni əl açıb Allahdan istəmişdim. Ertəsi günmöcüzə baş verdi. Bu, prezident İlham Əliyevin mənimlə bağlı məlumgöstərişi idi. Və təbii ki, məsələnin ictimailəşdirilməsində bizim ümumidostlarımızın, millət vəkillərinin, Mətbuat Şurasının və media qurumlarınınböyük əməyi oldu. Onlar mənə böyük ruh verdilər. Allah onların hamısından razıolsun. Amma təəssüf ki, gəncliyimi, sağlamlığımı qurban verdiyim düşərgənintəmsilçilərini mənim, ailəmin və körpə balalarımın taleyi maraqlandırmadı. Adibir telefon zəngi səviyyəsində belə... Bilmirəm bu hansı əxlaqa sığır,amma məni prezidentin dəstəyini qəbul etdiyimə görə qınayanlar da tapıldı. Mənölüm ayağında olduğum bir vaxtda bu adamlar yenə də öz maraqlarının hayındaidilər. Təsəvvür elə, Mirsamirlə Aycan başını dizlərimə qoyub, "ata, sənə nəolub” – deyə ağlayırdılar. Mən isə sanki vidalaşırmış kimi onların saçlarınıqoxlayırdım. Bax belə bir vəziyyətdə prezidentin məlum göstərişini eşitdim.Onun bu böyüklüyünün qarşılığında mən ona, ailəsinə, balalarına can sağlığıarzulayıram. Və bütün bunlar bir şeyi mütləq şəkildə şərtləndirir: mən,ətrafıma, fəaliyyətimə bir daha nəzər yetirməliyəm. Şükürlər olsun ki, mən artıqdünən olduğu kimi xəstəlik barədə deyil, gələcək planlar barədə düşünürəm. Bunakimi isə öncə tam olaraq sağlamlığımı, daha sonra isə ambisiyalarımı bərpaetməliyəm. Əminəm ki, bu mümkündür və mən yenidən fəaliyyətimi bərpa edibvətənimə, millətimə və dövlətimə xidmət edəcəm. Qardaş, sən də əmin ol ki,Allahın köməkliyi ilə nicatımı mütləq tapacam” –deyə, Nicat aram-aram danışdıbunları...
Beləcə Bad Vildungendə unudulmaz ikigün yaşadım. Görüşüb ayrılarkən Nicatın gözlərində işıq da gördüm. Bu, Nicatınsağalacağına inam, xəstəliyin kürəyini yerə vuracağına əminlik işığıidi...
Mən sənə inandım, əziz qardaşım -sağalacaqsan, yaşayacaqsan!
Şövqi Vaqifoğlu
Varşava-Bad Vildungen
musavat.com


Digər Xəbərlər

Bu gün Aşuradır

Liderlər Xankəndidə bir arada - FOTOLAR + VİDEO

“Çox qəşəng yerdir” - Pezeşkian Şuşaya heyran qaldı - VİDEO

Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirilib

Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb

Hərbçilərimiz “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində iştirak ediblər - VİDEO

Hərbi prokuror Naxçıvanda görüş keçirib
