Netanyahunun zalım şəbəkəsi Hitleri də geridə qoyub - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada apardığı hərbi əməliyyatları kəskin tənqid edib.
Adalet.az xəbər verir ki, o, sosial şəbəkə “X”dəki paylaşımında İsrail Baş naziri Benyamin Netanyahunu və onun ətrafını “zalımlar şəbəkəsi” adlandıraraq onları qəddarlıqda Almaniya diktatoru Adolf Hitləri belə geridə qoymaqda ittiham edib.
“Netanyahu və onun zalım şəbəkəsi qəddarlıqda çoxdan Hitleri geridə qoyub. Avropada Holokost zamanı belə Qəzzadakı kimi qeyri-insani mənzərələr yaşanmamışdı”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti Qəzzada baş verənləri “insanlıq fəlakəti” adlandırıb və beynəlxalq ictimaiyyəti bu vəhşiliyə qarşı birləşməyə çağırıb.
“Onlarla günahsız insan hər gün aclıq və susuzluqdan həyatını itirir. Körpələr, uşaqlar, qocalar un kisəsi tapmaq üçün can verir. Kəsilmiş körpə başları, qolları, ayaqları, basdırılmamış cəsədlər və anaların fəryadları artıq insanlığa sığmır”, – deyə o, emosional çıxışında qeyd edib.
Ərdoğan bildirib ki, Qəzzada baş verənlərə səssiz qalan hər bir şəxs bu cinayətlərə şərik sayılır:
“İnsanlıq Qəzzada məhv olur, biz buna göz yuma bilmərik. Bu diktəyə, bu zülmə birlikdə “yetər artıq” deməyin zamanıdır. Bir ovuc hakimiyyət hərisi bəşəriyyəti rəzil edir – buna imkan verməməliyik”.
Ərdoğan paylaşımını beynəlxalq ictimaiyyətə çağırışla yekunlaşdırıb:
“Bu qaranlıq dövrdə insanlığın yanında dayanmaq hər birimizin borcudur”.
Digər Xəbərlər

Pentaqon rəsmiləri Heqsetin istefasını tələb edir

Ərdoğan Ukrayna Prezident Aparatının rəhbərini qəbul edib

İranda İsraillə əlaqədə şübhəli 2 min nəfər həbs edilib

Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının açılışında çıxış edəcək

KİV: Paşinyan Zəngəzur dəhlizinə nəzarət üçün ABŞ ilə anlaşma imzalayıb

Rusiya-Ukrayna danışıqlarının 3-cü raundu

Almaniya Türkiyəyə 40 ədəd qırıcı təyyarə verəcək
