adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Yanvar 2019 14:25
4304
GÜNDƏM

NƏRİMANOV VƏ YETİMİN PAPAĞI

GürcüstandaAxalkalaki rayonunda bildiyiniz kimi, Xocalı soyqırımının iştirakçısı olan bir terrorçuya təmtəraqlı abidə qoyulub. Bu da həm bizim, həm də Gürcüstandakısoydaşlarımızın çox böyük etirazına səbəb olub və etirazlar səngimir.

Gündəmidəyişmək üçün dərhal Borçalıda xalqımızın mütəfəkkir oğlu və yazıçısı Nəriman Nərimanovunheykəlinin sökülməsi ilə bağlı məsələ qaldırılıb və imza toplanılıb. Bunu ona görə gündəmə atıblar ki, terrorçunun abidəsini yaddançıxarıb Nərimanovun heykəlini qorumağın üzərindəköklənək. Və artıq köklənmişik də.

Təbiiki, Nərimanovun heykəli sökülməyəcək, bu məsələ gündəmi dəyişmək üçün ortayaatılıb. Biz mübarizə aparacağıq, onlar da heykəli sökməyəcək və bizə də minnət qoyacaqlar ki, gördüz də, sizinkilərin heykəlinətoxunmadıq.

Yetimin papağını götürüb qaçırlar, sonra da qaytarıb verirlər ona, sevindirirlər.

Narahatolmayın, Gürcüstandan elə bir soydaşımızçıxacaq ki, Axalkalakidəki terrorçunun o abidəsini parçalara ayırıb vuracaq ermənilərin başına.

Mənimdə gücüm ona çatar ki, bir daha istirahət üçünTürkiyəyə getməyim. Allahversin öz Qəbələmizə, İsmayıllımıza, Oğuzumuza, Zaqatalamıza.