Nəriman Həsənzadənin Elçibəyə həsr etdiyi şeir üzə çıxdı
Xalq şairi Nəriman Həsənzadənin mərhum Prezident Əbülfəz Elçibəyə həsr etdiyi şeir üzə çıxıb.
Adalet.az xəbər verir ki, bu barədə "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal özünün sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, sözügedən şeir 1992-ci ilin may ayında, prezident seçkisi kampaniyası dövründə "Azərbaycan" qəzetində dərc olunub. Onun sözlərinə görə, şeiri Nəriman Həsənzadə həmin vaxt prezidentliyə namizəd olan Əbülfəz Elçibəyə xitabən yazıb.
O, həmçinin əlavə edib ki, şeir Nəriman Həsənzadənin 2022-ci ildə nəşr olunan "Seçilmiş əsərləri"nin I cildinə də daxil edilib.
Sözügedən şeiri təqdim edirik:
Azadlıqdır məramımız
Şuşa yolu buz bulaqdı, çeşmәdi.
Çeşmәlәrdәn şuşalılar içmәdi.
Şux balalar bir-birindәn seçmәdi,
Şәhidlәrin sırasında, Elçibәy.
El var, elin arxasında, Elçibәy.
Gәlin gördüm, baxışından utandım,
Xalı gördüm, naxışından utandım,
Ana gördüm, qarğışından utandım,
Oğul deyib mәlәyirdi, Elçibәy,
Göy yerә od әlәyirdi, Elçibәy.
Havanı sıx, Azәrbaycan qanı var.
Bir canında mәrdin neçә canı var?!
Döyüşdә bir әbәdiyyәt anı var,
- o anları seçәn seçir, Elçibәy.
Vәtәndәn yox, candan keçir, Elçibәy.
Xәbәr verәn xәbәr almır, nә qaldı?
Aman Allah! Qarabağ kimә qaldı?!
Malıbәyli, Əlibәyli, Daşaltı...
Qarabağda talan oldu, Elçibәy,
Satan oldu, alan oldu, Elçibәy.
Get Laçını, Xocalını al, oğul,
Ötәnlәri bir dә yada sal, oğul.
Bir Qarabağ şikәstәsi çal, oğul,
Darıxmışam Qarabağsız, Elçibәy,
Oda düşdük haqlı-haqsız, Elçibәy.
Yunus İmrә Elçibәyin әzbәri,
"Bir bәn vardır,- deyir- bәndәn içәri!"
Ruh ömürlük, ömür özü köçәri!
- Sәngәrdәdi şeir-sәnәt, Elçibәy.
And içibdi bir mәmlәkәt, Elçibәy.
"Külli Qarabağın abı-hәyatı,
Nәrmü-nazik bayatıdır, bayatı..."
Bir millәtin getdi soyu, soyadı,
Ey Vidadi, imanımız, Elçibәy.
Azadlıqdı mәramımız, Elçibәy.
(2 may 1992)
Digər Xəbərlər
06 Avqust 2026 14:07
Əbülfət Mədətoğlu: Bir də mən...
06 Avqust 2026 10:58
“Müsəlman olmaqla ərəb millətçisi olmaq fərqli düşüncələrdir”
05 Avqust 2026 13:07
“Rəmiş” dastanı - Tural Cəfərov yazır
05 Avqust 2026 13:05
KƏRƏM VƏ ƏSLİ - Qafar Cəfərli yazır
05 Avqust 2026 12:08
BÜTÜN DİNLƏRİN VƏ FƏLSƏFƏNİN ORTAQ MƏFHUMU SEVGİDİR
05 Avqust 2026 11:32
Əbülfət Mədətoğlu: Dünənlə söhbətin ŞEİRİ
05 Avqust 2026 11:26
“Tarix istəyirdi ki, öz yalanı ilə muzeydə məni də xamlasın”
04 Avqust 2026 11:23


Bakı -°C

