adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Sentyabr 2019 10:13
32005
İDMAN

«NEFTÇİ» VƏ QURBAN PİRİMOVUN TARI

Qurban Pirimovun Ağdamda iki tarıvardı – birini Rəmiş uşaq olanda ona bağışlamışdı,sonralar da Rəmiş toyda onu kiminsəbaşına çırpdı. Bu barədə ayrıca bir yazım olduğu üçünyenidən təkrar etmək istəmirəm. Birinidə kimə bağışlamışdısa, sonradan satmışdı.Və həmin tar 3-4 min arası qiymətlə əldən-ələgəzirdi. Yəni tarzənlər fors üçünbu tar üstdə bir-birini qırırdılar.

Ağdamda görkəmli bir muğam müəllimi vardı, Məşədi Nəriman. Hamının da qabiliyyətinə bələd idi. Bir gün MəşədiNərimana deyirlər:

- Məşədi, eşitdin, Qurbanəminin tarını indi də Filankəsmüəllim aldı.

Məşədi Nərimanbaşını bulayıb deyir:

- Ay bala, o tarın bəxti yoxduey, hələ Qurban əmidən sonra bir çalan əlinə düşməyib.

İndi «Neftçi», Qurban əminin tarı kimi ,hamımız üçün əzizdi. Və Qurban əmininAğdamdakı tarı kimi «Neftçi» də əldən-ələ gəzir. Və son illərhələ bir «çalan» əlinə düşməyib.

Bordin, sənində sabahınxeyirolsun!