Neftçalada xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin elan olunması barədə qərarına əsasən Neftçala rayonunda maarifləndirmə tədbirləri həyata keçirilir.Neftçala rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir, xüsusi ehtiyac olmadıqda evlərini tərk etməməsidir.
Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin aparatı, icra nümayəndələri və bələdiyyə sədrləri, həmçinin hüquq mühafizə orqanı əməkdaşları əhalinin sıx toplaşdığı park və xiyabanlarda, kənd mərkəzlərində sakinləri maarifləndiriblər.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda aşağıdakı nömrələrlə əlaqə saxlamaq mütləqdir.
Səhiyyə Nazirliyinin Qaynar Xətti: 9103
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi: 1542
Digər Xəbərlər
20 Sentyabr 2024 21:08
Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq
19 Sentyabr 2024 12:32Sabah yağış yağacaq
18 Sentyabr 2024 18:48Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR
18 Sentyabr 2024 16:13Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında - FOTOLAR
17 Sentyabr 2024 11:17