Neft Şirkətində qanvermə aksiyası keçirilib
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə start verilən "Talassemiyasız həyat naminə” proqramını dəstəkləyənlər sırasında Dövlət Neft Şirkəti (ARDNŞ) də var. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Azərbaycan Talassemiya Federasiyası və Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün "Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu il hazırlanmış qrafikə uyğun olaraq ARDNŞ-nin bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan 5 min nəfərdən artıq əməkdaşın kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Bu xeyirxah işə ilk olaraq oktyabrın 20-də ARDNŞ-nin Baş ofisində start verilib. ARDNŞ-nin Baş ofisinin və Sərmayələr İdarəsinin 60-dan çox əməkdaşı talassemiyadan əziyət çəkən uşaqlara qan vermək üçün "Donor günü”ndə fəal iştirak ediblər. Aksiya ümumilikdə 2015-ci il aprelin 24-dək davam edəcək və şirkətin bütün idarə və müəssisələrini əhatə edəcək. Qeyd edək ki, 2009-cu ildən etibarən ARDNŞ-nin çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında iştirak edirlər. Belə ki, 2009-cu ildə 3000 nəfər, 2010-cu ildə 5000 nəfər, 2011-ci ildə 4500 nəfər, 2012-ci ildə 4400 nəfər və 2013-cü ildə isə 5700 nəfər neft sənayesi işçiləri donorluq edərək qan xəstəliyinə tutulmuş insanlara köməklik göstərib.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03