Neft Daşları SOCAR-ın illik neft və qaz hasilatının 70 faizini təmin edir
SOCAR-ın illik neft və qaz hasilatının 70 faizi Neft Daşlarından daxil olur.
Adalet.az-ın məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Neft Daşlarının 70 illiyinə həsr olunmuş media-tur zamanı deyib.
O bildirib ki, burada hasil olunan neft 70 kilometrlik boru kəməri ilə Dübəndi terminalına nəql olunur və daha sonra təyinatı üzrə ya ixraca, ya da emala yönəldilir.
Onun sözlərinə görə, "Günəşli” yatağında və "Çıraq 1” platformasında hasil olunan təbii qazın qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsilə həyata keçirilir.
Digər Xəbərlər
28 Aprel 2024 00:37
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2024 17:39Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48