adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Mart 2017 09:18
13216
İQTİSADİYYAT

Neft bahalaşır

Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar və ya 0,39% artaraq 48,56 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar və ya 0,29% artaraq 51,48 dollar olub.