adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Oktyabr 2019 15:04
108844
MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?!... - Müsahibə


Ölkəmizdə yavaş-yavaş xanım futbol azarkeşlərinin sayı artmaqdadır. Artıq tribunalarda xanımları daha tez-tez görürük. Bəzi xanımlar isə elə kişilər kimi əsl fanat da olurlar. Onlardan biri də "Qəbələ" komandasının qatı azarkeşi olan Sevinc Novruzovadır. Onunla etdiyimiz söhbəti təqdim edirik.


-Maraqlıdır, necə oldu ki futbola marağın yarandı?

- Təsadüfnəticəsində futbol həyatıma girdi. O vaxtlarıAzərbaycan Nəşriyyatında qəzetdə işləyəndə dostumuz Vasif Acalovoyunlara dəvət etmişdi. Tək mən yox, xanım həmkarlamırız da dəvətlilər arasındavar idi. Birlikdə 3 4 oyun izlədik. Əslində onda kömək etmək kimi getmişdim.Dostumuzun işinə dəstək kimi, şəkillər çəkdirib sosial şəbəkələrə yerləşdirməkkimi getmişdim. Xanımları futbola dəvətetmək, bir sözlə xanımları tribuna ilə tanış etmək idi əsas məqsəd. O layihə hələ də uğurla davam edir. Söhbət "Ladies of GARABAGH”dan gedir.

-Evinizdə səndən qabaq futbol sevən var idi?

-Bizimevdə futbolu sevən heç kim yoxdur. Atam bu yaşına kimi 5 dəqiqə belə olsun futbola baxmayıb. Qardaşım da yoxdur ki,o maraq göstərsin. Evimizdə yalnız mənəm futbola baxan. Tək olduğuma görə dəproblem yaşayıram. Anlamırlar, istəmirlər gedim oyunlara baxım. Ailədən gizlin oyunlaragedirəm, əsas da ev oyunlarımıza. İlk dəfə bacımın yoldaşı Cavid Haqverdiyevfutbola aparmışdı, Neftçi Avroliqa oyunlarına, 2006-ci ildə. O zaman uşaq idim,futbolu ilk dəfə görürdüm. Tofiq Bəhrəmovda keçirilən oyun idi. 9 il sonra sərbəst özüm getməyə başladım.İndiyə kimi də gedirəm.

-"Qəbələ" fanatı olmağına səbəb nə oldu?Bildiyim qədər, əslən qəbələli deyilsən.

-"Qəbələ”ninəyəsə görə seçməmişəm. Sadəcə klub olaraq maraqlı gəldi. AFFA-dan asılıolmayan, öz ayaqları üstündə dayana bilən, akademiyası, stadionu, bir sözlə, hərnə gözəllik axtarsan hamısı "Qəbələ”də var idi. Necə sevmiyəsən belə klubu?! Ən əsasıisə bu klubda uşaq futboluna böyük diqqət və qayğı göstərilir, öz yetirmələrinədaha çox şans verilir. 5 6 il öncəkiuğurlarımızı hər kəs bilir. Avroliqada İki dəfə ardıcıl qrup mərhələsinə düşmək,"Dinamo Tbilisi”, "Çukariçki”,"Apollon”, "Panatinaikos” kimi klubları mübarizədən kənarlaşdırıb qrupa düşməsevincini yaşadan, qrupda "Borussiya Dortmund", "PAOK” "Krasnodar”, "Lil”kimi böyük klublarla mübarizə apararaq həyəcan bəxş edən klubdur "Qəbələ".

Çempionluğaoynamaq, rəqabət, əzmkarlıq, oynamaq həvəsi, hakimlərin etdiklərindən sonraanlamaq elə də çətin olmurdu ki, bu meydanda təkdir "Qəbələ”. Haqsızlıqlaredilirdi, sıxışdırılırdı. Öz gücünə, dəstəksiz oynayırdı. Bu amillərə görəsevdim "Qəbələ”ni. Rayon olaraq Qəbələli deyiləm, Ordubad və Xızı qarışığıyam.Xızıda futbol klubu yoxdur, Ordubadda isə "Dübəndi” FK var. Onların oyunlarınıizləmək isə həqiqi çətindir. Naxçıvanın öz çempionatında oynayır. Hər oyununada Ordubada gedə bilmərəm. Həm maddi, həm də mənəvi gücüm çatmaz. Elə ənyaxşısı və şükürlüsü elə "Qəbələ”dir.


-"Ladies of Garabagh” kimi "Ladies of Gabala”yaratmaq fikrin var?

-Bir az öncə qeyd etdiyim kimi, "Ladies of Garabagh”ın ilk vaxtlarında mən var idim. Orada Vasifüçün az çox kömək edirdim. Tək mən yox başqa qızlar da. Oyuna gələn qızlarıqeydə almaq, daha çox qız cəlb eləmək və s. Bu iş əslində çox çətindir. Hərqızın öz nazı olur. Əvvəl gəlirəm deyir, son anda gəlmir. Bu işdə çoxlu əsəbvar. Ancaq Qarabağda bir iş yaxşı idi ki, oyun Bakıda keçirilirdi. Tələbəqızlar daha çox gəlirdi. Ancaq mən "Qəbələ”nin oyununa düşünmürəm kimisə aparabilim. 225 km getmək eyni km-lə də qayıtmaq, 6 saatlıq gediş gəliş yolu, birsözlə kimin balasını aparım? Özüm çətinlik çəkirəm, oyun gec bitəndə qayıtmağamaşın tapa bilmirəm, uzun yol, bu yolun dumanı, qarı, yağışı olur. Narahat olurinsan. Kim şəxsi iradəsi ilə getmək istəsə buna yalnız sevinə bilərəm. Ənazından tək gedib tək gəlmərəm. Qulaq yoldaşım olar. Həm oyunda, həm də yolda təkolmaram. Yalnız Bakı oyunlarını siz nəzərdə tutursuzsa ona da razıyam. Yenədeyirəm gəlsinlər, birlikdə baxaq. Çox xoş olar mənə. Sosial şəbəkələrdə aktivəm,nömrəmi də tapma çətin olmaz. İnstagramda Qəbələnin fan səhifəsini işlədirəm.İstəyən yazsın, gəlsin oyunlara. Fan klub yaratmaq tək insanın işi deyil. Yəniməsuliyyəti var. Gərək klub rəhbərliyi də razı olsun. Günü sabahdan banner düzəldərəm"Ladies of GABALA”, hər oyunda asaram. Ancaq özbaşıma iş görmək istəmirəm. Birdənklub istəməz, narazı olar.

-Tribunada oyun izləyəndə söyüş söymürsən ki?

-Dəhşətli,ağır söyüşlər söymürəm. Ən pis söyüşüm "it oğlu” ola bilər. Bir də tat dilindəbir iki sadə söyüşlər olur. Onu da özüm elə deyirəm ki, yanımda oturanlar anlamasın. Futbolçularla işim olmur. Yalnızistisna hal olaraq, bir dəfə çox pis "bəzəmişəm” o da "Keşlə” ilə kubokunfinalında. Bizim meydanda kubokqaldıranda, səbəbkar Pərdisi söymüşəm (gülür). Bir də ən çox hakimlərin görməzdəngəldiyi hallar olur, oyunları istədiyi kimi idarə etməsi olur, tapşırıqla çıxıboyunu idarə edirlər. Onda, bəli, söyürəm. Çünki bu söyüşləri artıqlaması ilə qazanmışolurlar (gülür).

- Ən çoxüzüldüyün oyun hansı olub?

- Hər sezon üzüldüyümüz oyunlar olur. Ancaq bizəən çox pis təsir edən, gözlənilmədiyimiznəticə ilə yekunlaşan iki oyun olub ki, biri "Qarabağ”la oyunda hakim Rəhimin şərəfsizliyiilə bitən oyun (2017), biri də dediyim kimi keçən sezon "Keşlə” ilə kubokunfinalı.

- Bəs ən çox sevindiyin oyun hansı olub?

- Hərbir "Qəbələ” azarkeşinə bu sualı versəniz yalnız bir cavab ala bilərsiz. Bu daNaxçıvanda "Sumqayıt”la keçirilən Kubokun final oyunu. İlk kubokumuzuqazandığımız oyun.


- "Qəbələ"nin son illərki pis vəziyyətininsəbəbini nədə görürsən?

- Klubolaraq dəyişikliklər yaşadıq. İlk olaraq prezidentimiz istefa verdi, daha sonrabüdcə aşağı düşdü. Əsas oyunçularımız getdi. Klubdaxili çox məqamlar oldu.Bunlar da təbii ki, təsir etdi. Əslində bir çox klubların uğursuzluq zolağınadüşdüyünün şahidi olmuşuq. "Neftçi” iki-üç il qabaq 8 oyun ardarda uduzurdu.Azarkeşləri Allaha dua edirdi ki, bu dəfə qalib gələk, sabah işə çıxanda bizimləməzələnməsinlər, və yaxud "Kəpəz”. 3 dəfə çempion, 4 dəfə kubokun qalibi olankomanda indi divizyondadı. "Qarabağ”ın özü də son 6 ildir stabil yaxşı oyunnümayiş etdirir. Dövlət tərəfindən dəstək də var. Ondan öncə onların da pis vəziyyətləriolub. Bu siyahını çox uzatmaq olar. Yəni hər klubun başına gələ biləcək hadisədir.

- Baş məşqçi Elmar Baxşıyev haqqında nə düşünürsən?

- MənimElmar müəllim haqqında danışmağım doğru çıxmaz. Sanki şagird müəllimi haqqındafikir söyləmiş kimi olur. Bir onu deyə bilərəm ki, Elmar müəllim çox savadlı məşqçidir.

- Bu mövsüm klubdan gözləntilər nədir? QəbələninPFL-də bu ilki çıxışını necə qiymətləndirirsən?

- Bumövsümə ilk oyunlarda çox pis başlamışdıq, hər halda növbəti oyunlarda xallarqazanmağı bacardıq. Çempionatın gedişatında klubumuzun xal ehtiyatını artırıbavrokuboklara vəsiqə qazanmasına ümid edirəm. Nəzərə alsaq ki, Azərbaycan Kubokununson qalibi bizik, bu il də klubumuzdan titulgözləyirəm. O sevincli anları bir daha yaşamaq istəyirəm.

- Klubda hansı dəyişikliklərin olmasını gözləyirsən?

- Biz azərkeşlərhər zaman yaxşılığa doğru dəyişikliklər gözləyirik. İlk olaraq yaxşı baş məşqçinintapılacağı və qış transfer pəncərəsi dövründə uğurlu transferlərin ediləcəyinigözləyirəm. Bütün bunlar kluba nəticəqazandırmağa kömək ola bilər. Bizə Tərlan Əhmədov kimi məşqçi lazımdır. Sonuncuyerdə olan "Neftçi”ni götürüb, 3-cü yerə kimi gətirib çıxarmışdı. Məncə bizElmar Baxşıyevlə ən yaxşı halda 6-ci pillədə qərarlaşa bilərik. Bu da yaxşı nəticəolmaz. Klubumuza yeni baş məşqçi gətirmək lazımdır. Yeni baş məqşçi – yeni nəfəsdeməkdir. Bəlkə ondan sonra bu qara zolaqdan çıxmış olarıq.

- Sevdiyin milli futbolçu kimdir?

- Sizindi millinin heyətindəki oyunçuları deyirsinizsə, "Qəbələ” Futbol Akademiyasınınyetirməsi olan Bəhlul Mustafazadəni deyərdim. Millinin son Xorvatlarla oyunundansonra adından söz etdirdi, bütün Azərbaycan ondan danışdı. Bu da təbii ki,insana çox xoş təsir bağışlayır. Akademiyamızın yetirmələrinin hər biri mənimüçün fəxrdi, qürurdu. Azərbaycan çempionatından demək olar ki, hər klubdaakademiyamızın yetirməsi var. Buna misal olaraq, "Zirə”də Elvin Camalov, TellurMütəllimov, "Sabah”da Bəhlul Mustafazadə, "Keşlə” də Nurlan Quliyev, "Qəbələ”dəAmin Seydiyev, Roman Hüseynov, Qismət Alıyev, Murad Musayev, Ülvi İsgəndərov, SadiqQuliyev, "Sumqayıt”da Baxşəli Baxşəliyev və s. Bu siyahını uzatmaq çox olar. FaiqHacıyev, Xəyal Muradov, İdris İnqlablı, Vüsal Məsimov, Rüstəm Nuruyev, MəhəmmədMəhərrəmov, Müşfiq Nadirov, Rüfət Əhmədov, Nicat Oruclu, Veysəl Rzayev, ƏliMürsəlov, Təbriz İsazadə, kimi bir çox gənc yetirmələrimiz var. Adını çəkməyəunutduğum uşaqlar var. Maşallah o qədər yetirməmiz var ki, unutmağım normaldı J. Hal hazırda legioner həyatı yaşayanakademiyamızın yetirməsi də var. Kamal Mirzəyev karyerasını Küveytin Əl-Salmiyə”klubunda davam etdirir. Bütün bunların hamısı "Qəbələ” İdman Akademiyasınınuğrurlarıdır. U9-U19 arası keçirilənçempionatda hər yaş həddi üzrə klublarımız öz gücünü sınayır. 9 yaşdan aşağıuşaqlar da akademiyada məşqlər keçir. Sadəcə çempionat 9 yaşdan başladığından ouşaqları hələ ki, çepionatlarda görə bilmirik. Hər il uşaq futbolunda qazanılanqızıl medalların sayı artır. 19yaşlılarımız isə hər il ayrı bizi sevindirir. Çempionlarımız dünən Apoelə qarşıoyunda inamlı oyun nümayiş etdirdilər, 1:1 edərək sərfəli nəticə əldə etdilər.İnanıram ki, cavab oyununu öz meydanımızda daha yaxşı keçirərik. Qolun müəllifidə akademiyamızın yetirməsi İdris İnqlablı oldu. Bütün bu uğurların arxasında məşqçi heyətinin əziyyətidurur. Başda Halim bəy, Nail bəy olmaqla əziyyəti keçən məşqçilərə, hə kəsə öztəşəkkürümü bildirirəm. Onların sayəsində bu uğurları qazanırıq, uşaqfutbolumuz inkişaf edir.

- Sevdiyin xarici futbolçu kimdir?

- "Çelsi”, "Spartak”, "Beşiktaş”, "Real Madrid”,"Traktor Sazi”nin oyunlarına baxıram. Yaxşı oyunlar olanda klubundan asılıolmayaraq vaxt olduqca baxıram. Eden Hazard, Muhammed Salah kimi oyunçuları dabəyənirəm.

- "Qəbələ”nin tarixində ən sevdiyin futbolçu kimdir?

- Mənəgörə ən yaxşı oyunçu Dmitri Bezotosnidi. Düzdür, yayda gedənlər siyahısında oda var idi. Mənə görə ən yaxşısıdır. "Qarabağ”ın qapıçısı Asmir Beqoviç gələnəkimi ən yaxşı qapıçı məhz bizim qapıçı idi. Çempionatın ən yaxşı qapıçısı. İndiBezotosni getdi, Beqoviç gəldi. Daha sonra Nika Kvekveskiri, Luiz PauloHilario, Yannik Kamanan, Viktor Mendi, Aleksey Qay, Stiven Monroz, Baqali Dabo,Daniel Subotic, Filipp Ozobic, James Adeniyi,Vojislav Stankoviç, Sergey Zenyov, Vitali Vernidub və s.


- Azərbaycan çempioatında sevmədiyin klub?

- "Keşlə”,"Neftçi”.

- Hansısa futbolçularla dostluğun olub?

- Naxçıvansəfərindən sonra bir müddət ara vermək, oyunlara evdən baxmaq istədim. Çox əsəbləşmişdim,bilənlər bilir nə məsələ idi. Bir status yazmışdım bu barədə. Onda mənəfutbolçularımızdan bəziləri yazmışdı ki, onsuz hamı bizi tərk edib gedir, sənqal, oyunlara gəl. Dəstək oldular mənə. Bir də bayramlarda, ad günümdə təbriksosial şəbəkələrdən yazırlar.

- Tribunada başına gələn ən maraqlı hadisə ilə söhbətimiziyekunlaşdıraq.

- Maraqlı deməzdim, qorxduğum hadisə deyərdim. "Neftçi” ilə oyunda onların stadionda "Qəbələ”3:1 hesabı ilə qalib gəldi. O vaxt banner açdım. O banner mənə baha başa gəldi.Bannerdə bizim dağlar təsvir olunmuşdu və onlar da özlərini şah, padşah elanedirdilər həmişə. Mən də karikatura kimi kral var idi, bir zamanlar məşhur idi,dağlardan məyus üzü aşağı qayıdan kral idi. Və yazılmışdı ki, "Deyirdiniz "Neftçi”qayıdır, doğrudur qayıdır, ancaq əliboş qayıdır”. Bundan sonra bir də hissetdim ki, saçlar özümdə deyil, təzyiqlər oldu. Ani vaxt ərzində polisinarxasında özümü gizlənildiyimi gördüm. Çox sağ olsunlar ki, tək qoymadılar. Mənimbir səhvim oldu ki, onların stadionunda VİP-də baxırdım, hamısıneftçili. Polislərdən biri hətta məni metroya kimi ötürmüşdü (gülür)


Söhbətləşdi: Ulucay Akif