adalet.az header logo
  • Bakı 12°C
07 Iyun 2022 12:12
2615
MÜSAHİBƏ

"Necə olur ki, bəzi insanlar birdən dahiyə çevrilirlər..." - MÜSAHİBƏ

Beyin zədələnməsi ilə fərddə qeyri-adi yaradıcı istedadlar üzə çıxa bilərmi...?

 

Bütün cəmiyyətlərin əsas ideologiyalarından biri də məhz mənəvi olaraq sağlam şəxsiyyətlər formalaşdıra bilməkdir. Belə vətəndaşların sayı çoxaldıqca həmin ölkələrin də uğura gedən yolu daha yaxın olur. Bu gün yenə də insanın mənəvi dünyasının sirlərlə dolu olan psxiologiyasından danışacağıq.

 

Çağdaş dövrümüzdə bu sahədə də bir çox yeniliklər baş verir. Bunlardan biri də İDDO adlı proqramdır. Yapon dilində “id”- şəxsiyyətin əsli, “do” isə yol mənasındadır. Yəni şəxsi yol kimi də təcümə olunur. Başqa sözlə desək bu proqram şəxsiyyətin tamamlanması üçün fərdin daxilində yatan qabiliyyətləri üzə çıxartmaqla mövcud çatışmazlıqları aradan qaldıraraq onun bütünlüyünü təmin edən və hər kəsə öz şəxsi inkişaf yolunu tapmağa köməklik göstərən bir proqramdır. Müsahibimiz bu proqram üzrə mütəxəssis Fatimə Novruzovadır.

 

- Fatimə xanım mümkünsə “İDDO” şəxsiyyətin tamlığı proqramı haqqında subyektiv fikirlərinizi bilmək istərdim. Lütfən bu proqram barədə oxucularımıza məlumat verməyinizi istərdim.

- Uşaqların gələcəyi təbii ki, hər zaman valideynləri narahat edir. Valideynləri narahat edən əsas səbəb isə uşaqlarında olan qüsurlardır. Amma nədənsə bəzi hallarda uşaqda olan qabilliyyətlərə diqqət edilmir. Bu səbəbdən də bütün dövrlərdə “Mən yaşadım uşağım necə yaşayacaq?” sualı ana və atanı narahat edir. Valideynlər uşaqlarının daxili aləmindən xəbərdar olmadıqları kimi onların gələcəyi haqqında da ortaq məxrəcə gələ bilmirlər . Xüsusən də öz həyat təcrübələrinə əsaslanaraq uşaqlarına da bunu etmələri üçün şərait yaradırlar. Belə bir vəziyyət uşaqlarda sosial mühitə adaptasiya ola bilməmə, özgüvənsizlik, bacarıqlarını təqdim edə bilməmə kimi halların yaranmasına gətirib çıxarır.

İDDO Proqramı məhz bu məqsədlə yaradılmışdır ki, uşağın qüsuru deyil onda olan qabiliyyət üzə çıxsın. Çünki valideynlə uşaq arasında yaranan uçurum elə məhz bu səbəbdən yaranır, belə ki, uşağının hansı yöndən qabiliyyəti olduğunu görə bilməyən valideyn, ona düzgün yolu göstərə bilmir.

Məhz İDDO Proqramı valideynlər üçün bir dost, bir köməkçi, bir sirdaşdır. İDDO Proqramı uşaqları birtərəfli deyil də, çoxşaxəli olaraq yetişdirir. Çünki psixika bir tərəfli inkişaf etdikdə fərd sağlam olmur. Analara tövsiyəm odur ki, öz övladlarının gizlidə qalan qabilliyyətləirni kəşf etsinlər.

- Bu proqramın uşaqların daxili dünyası ilə bağlılığını nəzərə alaraq uşaqlara bu proqramın konkret faydaları nələr ola bilər?

Bilirik ki, anaların ən böyük arzusu övladının cəmiyyətdə öz yerini tapmasıdır. Məhz İDDO proqramı fərdin psixikaında hər bir durumda düzgün qərar verməyi, öz güvənli olmağı, özünü ifadə etməyi və davranışlarına fikir verməyi formalaşdırır. Bununla yanaşı biz uşağa gələcəkdə onu necə düzgün şəkildə biznezə çevirə biləcəyini öyrədirik. Məsələn, nümunə üzərindən göstərək - uşağın çox gözəl bir ideyası var, lakin necə düzgün şəkildə düşünərək illuziya qurmalı olduğunu bilmədiyi kimi reallaşdırmağı da bacarmır. Məhz bu zaman biz onu təkmilləşdiririk. Uşaq artıq bunu düzgün şəkildə bacarmağı öyrəndiyində həm də onu sosial mühitə çatdırır və bacarığı ilə fəxr etməyə başlayır. Beləliklə bu hadisələr onun düzgün bir şəxsiyyət kimi formalaşmasında konkret rol oynayır.

- Siz İDDO proqramının digər bu kimi müasir proqramlarla oxşar və fərqli cəhətləri barədə nə deyə bilərsiniz?

- Bu proqramın müasir proqramlarla oxşar tərəfi uşaqların sosial cəmiyyətə adaptasiya olması və özgüvənli şəkildə formalaşmasını təmin etməkdir. Əsas fərqimiz isə İDDO komandası olaraq mühitə daxil olduğumuz andan etibarən uşaqlarla işləyərək onların şəxsiyyət kimi formalaşmasına təkan veririk. Belə ki, onların daxilində olan gizli qabiliyyətləri necə aşkara çıxara biləcəyimizə diqqət edirik. Bundan əlavə olaraq biz uşaqların cəmiyyətin bir üzvü kimi çıxış etməsinə kömək edirik və bizim digərlərindən fərqli edən budur ki, biz uşaqlara ətraflarında baş verən hadisələri düzgün şəkildə qəbul edib, dərketmələrini imkan yaradırıq. Məsələn, müasir texnologiyalardan belə düzgün istifadə etməsinə, həmçinin beyinlərində gedən inkişaf mərhələlərinin sistemli şəkildə qurulmasına təkan veririk.

- Haqqında danışdığımız proqramın həm də tibb elminə əsaslandığını müşahidə edirik. Bu mənada sözügedən proqramdan faydalanmaq istəyənlər üçün daha da güvənilən olması şərtdir. Bu barədə fikirləriniz maraqlıdır.

Bəli İDDO proqramı tibb ilə də birbaşa əlaqəlidir. Autizmli uşaqlarla iş buna ən yaxşı nümunədir. Belə ki, uşağın autizmli olmasının onun istedadına heç bir maneəsi yoxdur . Lakin autizmli uşağın daxilində gizlənmiş bacarıqlar mütləq şəkildə aşkara çıxarılmağı gözləyir. Həmin bacarıqları düzgün şəkildə ifadə edə bilməsi və formalaşdırılması onun autizmli olmasının önəmini itirir. Tibb autizmlə bağlı bəzi sualları cavablamasa belə İDDO proqramları bu sualları cavablayır və problemli məsələləri aradan qaldırmağa çalışır. Uşağı autizm olan anaların da əziyyətlərini başa düşürük və onlara kömək etmək əsas məqsədlərimizdən biridir. İDDO proqramı məhz analar üçün ümid işığıdır. Nəzərə alsaq ki, autizm həm ana, həm də uşaq üçün yorucudur buna baxmayaraq İDDO proqramı sayəsində ləngimələri inkişaf etdirərək autizmdən əziyyət çəkən uşaqların yoluna çıraq ola bilmişik.

- İDDO proqramı ölkəmizdə nə dərəcədə və hansı miqyasda əhaliyə tanıdılıb? Yəni bu istiqamətdə regionlarımızda vəziyyət necədir?

- Nəzərə almalıyıq ki, İDDO proqramı 2019-cu ildə yaranıb. Müəyyən səbəblərdən daha geniş təbliğinə imkan olmayıb. Buna səbəbsə hər birimizə təsir edən pandemiya dönəmidir. Bu proqramın öz qanunları var. Bu qanunlar isə birbaşa cəmiyyət üçün sağlam şəxsiyyətlərin yetişdirilməsinə xidmət edir. İstənilən mərkəz, inkişafda olan uşaq baxçası və ya təhsil ocağı bu proqramı tətbiq edə bilər. Misal olaraq belə deyə bilərəm ki, İDDO proqramı tək mütəxəssislə deyil mütləq komanda şəklində tətbiq edilməlidir. Hal - hazırda Bakı şəhəri üzrə 6 uşaq baxçası, 4 psixologiya mərkəzi, 5 tədris mərkəzində bu proqram tətbiq edilir. Genişlənməsi üçün də var gücümüzlə çalışırıq.

- Yaxın gələcəkdə bu proqramla bağlı planlarınız nədir?

- İnkişaf sürətimizi də nəzərə alsaq yaxın gələcəkdə sizi, fərqli və özünəməxsus ideyalar və fikirlərin gözlədiyini deyə bilərik. Əsasən də müasir dövrlə uyğunlaşmağa önəm veririk və müasir texnologiyalarım düzgün istifadəsinin köməyi ilə də qarşınızda olacağıq. Uşağının bacarıqlarından xəbərdar olmaq istəyən hər bir ananın yanında olmaq istəyirik.

Proqram üzrə elmi tədqiqatların aparılması ilə yanaşı bu işdə Almaniya mətbuatında və digər media orqanlarında elmi məqalələrə əsaslanaraq müzakirələr gedir. Bizim hədəfimiz dünyaya yayılmaqdır. Hal hazırda Almaniyadakı, Ziqmund Freyd Universiteti , Karl Von Ossietzki Universiteti ,Oldenburq və Lüdviq Mximilians Universitetləri ilə danışıqlar aparılır.

- Fatimə xanım, maraqlı müsahibə üçün sizə təşəkkürümü bildirirəm. Bu faydalı işinizdə sizə və həmkarlarınıza uğurlar arzu edirəm.

- Mən də təşəkkür edirəm və həmçinin sizə uğurlar arzu edirəm.

 

 

Söhbətləşdi : Bünyamin Bünyadzadə