Nə Ukrayna, nə Rusiya, nə də Belarus - Təhlükəsiz turizm ölkələri
2023-cü ildə səyahət üçün dünyanın ən təhlükəsiz turizm bölgələri seçilib.
İsveçrə siyasi sabitlik, zorakılıq səviyyəsinin aşağı olması və keyfiyyətli səhiyyə xidmətləri baxımından 2023-cü ildə istirahət üçün ən təhlükəsiz bölgələr siyahısına başçılıq edir.
Bu barədə "Hansı?" şirkətinin son hesabatlarında bildirilib.
Hesabatda dünya ölkələri təbii fəlakət riskləri, yol-nəqliyyat hadisələri, qətl cinayətləri, terrorizm, səhiyyə infrastrukturunun keyfiyyəti və qadınların təhlükəsizliyi baxımından qiymətləndirilib.
Diqqət çəkən məqam odur ki, ilk onluğa daxil olan demək olar bütün istiqamətlər Avropada yerləşir. Şimali Skandinaviya ölkələri də bu baxımdan yaxşı təmsil olunur. Belə ki, ikinci yerdə İslandiya, üçüncü yerdə Norveç, Portuqaliya və Sloveniya qərarlaşıb.
Şkalanın əks tərəfində Yamayka var ki, burada qətl nisbəti İsveçrədən təxminən 60 dəfə yüksəkdir. Braziliya, Cənubi Afrika və Meksika da yüksək qətl cinayətlərinə görə reytinqdə aşağı yerləri tuturlar. Filippin təbii fəlakət riskinin artması səbəbindən ən aşağı yerlərdə qərarlaşıb.
Eyni zamanda reytinqdə nə Ukrayna, nə Rusiya, nə də Belarus əks olunmayıb.
Beləliklə, dünyanın ən təhlükəsiz 20 istirahət ölkəsi olaraq İsveçrə, İslandiya, Norveç, Portuqaliya, Sloveniya, Finlandiya, Yeni Zelandiya, Danimarka, Sinqapur, Avstriya, Almaniya, İsveç, Avstraliya, Kanada, İspaniya, Belçika, Çexiya, Hollandiya, İtaliya, Fransa qeyd olunub.
Emin
Digər Xəbərlər
14 Sentyabr 2026 18:30
Rusiya Ukraynanın itkilərini yenilədi
14 Sentyabr 2026 18:12
Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
14 Sentyabr 2026 17:29
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - VİDEO
14 Sentyabr 2026 13:12
Gürcüstanda DTX rəisi istefa verdi
14 Sentyabr 2026 12:54
"MKİ-nin rəhbəri Ukrayna danışıqlarında iştirak iştirak edir"
14 Sentyabr 2026 12:35
Zelenski baş prokurorun vəzifəsindən azad edilməsini tələb edir
14 Sentyabr 2026 11:57
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
14 Sentyabr 2026 11:23


Bakı -°C

