Nadir Qədimli: “Qızıl Aypara Cəmiyyəti Ağdam bölgəsində fundamental prinsipləri layiqincə yerinə yetirir”

Bu günkü həmsöhbətim Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin sədri Nadir Qədimlidir. Onunla Azərbaycan Ordusunun Azərbaycan torpaqları uğrunda döyüşlər apardığı, ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarıldığı məsuliyyətli bir dövrdə, erməni vəhşilərinin arxa cəbhədə dinc əhalini hədəf aldığı bir zamanda QAC-ın gördüyü işlərdən söhbət açaçağıq.
- Nadir müəllim, əvvəlcə oxucularımıza təşkilatınız haqqında qısa bir məlumat verərdiniz....
-Bildiyiniz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən ən böyük humanitar təşkilatdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilib. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Xarici İşlər Naziri Fətəli Xan Xoyski Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olub. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yarandığı gündən bu günədək əsas məqsədi müharibə şəraitində yaralı əskərlərə və müharibədə iştirak etməyən mülki şəxslərə yardım etməkdir.
-QAC-ın iş prinsipləri nədir? Yəni, hazırda fəaliyyətinizi hansı prinsiplər üzərindən həyata keçirirsiniz?
- Təşkilatın 7 əsas prinsipi var: Humanizm, Qərəzsizlik, Neytrallıq, Müstəqillik, Könüllülük, Vahidlik, Universallıq. Biz təşkilat olaraq məhz bu fundamental prinsiplər əsasında xidmət göstərir və çalışırıq ki, öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirək.
-Bu ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Bu müqəddəs müharibədə hər bir şəxsin öhdəsinə müəyyən vəzifələr düşür. Eləcə də, Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin sədri kimi sizin də, kollektivinizin də görməli olduğu işlər var.
- Müharibə başlayan ilk gündən düşmən tərəfindən təmas xəttində yerləşən kəndlərə, dinc insanlara ağır artilleriyadan atəş açıldı, evlər dağıldı, insanlar yaralandı, məcburən müvəqqəti olaraq evlərini tərk etməli oldular. Təbii ki, qadınlar, uşaqlar, qocalar müəyyən psixoloji hallar keçirdilər. QAC Ağdam bölməsi və könüllüləri ən qaynar nöqtələrdə oldular və öz köməkliklərini göstərdilər. Bizim ilk işimiz dinc əhalini sığınacaqlara yerləşdirməsinə kömək oldu. Daha sonra bölməmiz öz topladığı ianələrlə maddi durumu ağır olan, ev-eşiyində qaçıb sığınacaqda daldalanan insanlara su və çörək kimi vacib əhəmiyyətli ərzaqların çatdırılmasını təşkil etdi.
- Bu çətin və şərəfli işinizdə sizə uğurlar arzulayıram.
Söhbətləşdi : Əntiqə Rəşid
“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri
Digər Xəbərlər

"Ağdam ilk gündən sona qədər döyüşdü, amma namərdlər çox idi"- Döyüşçü danışır
jpg-1747040745.jpg)
"PKK-nın ləğvi Türkiyə üçün 4 səbəbdən çox əhəmiyyətlidir" - MÜSAHİBƏ

Vitaminlər və minerallar nə dərəcədə vacibdir? - MÜSAHİBƏ

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”
jpg-1746435535.jpg)