Nazirliyin şikayət etdiyi 2 restoran bağlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb.
Adalet.az xəbər verir ki, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran məhkəmənin qərarı ilə bağlanıb. Onlar "Özkardeşlər" və "Qızıl balıq" adlı iaşə obyektləridir".
İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27