Nazirlikdən təbiət qoynunda istirahət edənlərə XƏBƏRDARLIQ

Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Adalet.az-a bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.
Bütün bunları nəzərə alaraq, hamımız təbiət qoynunda olarkən daha da diqqətli olmalı, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurmalıyıq: “Hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, qızmar yay günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində avqustun 20-dək isti hava şəraiti müşahidə olunacaq.
Digər Xəbərlər

Cıdır düzündə Qarabağ atlarının yürüşü keçirildi - VİDEO

Azərbaycanda qəbiristanlıqların bələdiyyələrə verilməsi təklif olunur

Xocalıya infotur təşkil edilib - VİDEO

Bakıda və rayonlara yağış yağır - FAKTİKİ HAVA

Qatar stansiyaya 4 dəqiqəyə gəldi...

“Paytaxtı Ağdama köçürməklə bu problemi həll etmək olmaz”

İslamda ən yaxşı sədəqə birdəfəlik olan yox, davamlı olandır - İlahiyyatçı
