adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Sentyabr 2017 11:43
8463
MƏMLƏKƏT

Nazirlikdən dərslərin gec başlaması xəbərinə REAKSİYA

Sabah Azərbaycanda yeni tədris ili başlasa da, bəzi saytlarda dərslərin sentyabrın 18-də başlanacağını yazırlar.

Məsələyə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov münasibət bildirib.

"Bir çox saytlarda dərslərin 18 sentyabrda başlaması ilə bağlı yanlış xəbərlər yer alır. Ölkəmizdə hər il olduğu kimi "Bilik günü" sentyabrın 15-də qeyd ediləcək”

Qeyd edək ki, bu il məktəblərə bütün siniflər üzrə 1.445.049 şagird gedəcək.

Həmçinin, 2017/2018-ci tədris ilində ölkə üzrə 164 945 nəfər şagird I sinfə gedəcək. Ötən illə müqayisədə I sinifə gedən şagirdlərin sayında artım var. Belə ki, 2016/2017-ci tədris ilində birinci 164 033 nəfər şagird ilk dəfə məktəbə qədəm qoymuşdu.(modern.az)