Nazirlik: Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb
Bu il fevralın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdünün məbləği artırılır.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinq zamanı deyib.
O bildirib ki, təqaüdün məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb.
Müşavir qeyd edib ki, ötən müddət ərzində şəhid ailələrinə və müharibə veteranlarına 6654, o cümlədən 2018-ci ildə 626 mənzil verilib ki, bu da nəzərdə tutulandan 3 dəfə çoxdur:
"2019-cu ildə bu vətəndaşlara minimum 800 mənzil veriləcək. Dövlət başçısının 30 yanvar tarixli fərmanına əsasən 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırlacaq”.
M.Abbasbəyli əlavə edib ki, 2007-ci ildən etibarən şəhid ailələrinə verilən təqaüdlərin məbləği ümumilikdə 3 dəfə artırılıb.
Digər Xəbərlər
27 Aprel 2024 17:39
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48Prezidentdən iqtisadiyyat və maliyyə nazirlərləri ilə bağlı SƏRƏNCAM
27 Aprel 2024 13:27