adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Sentyabr 2019 09:57
15463
SİYASƏT

NAZİRLƏRİN 501-Cİ, YOXSA 504-CÜ GÖRÜŞÜ?

Hörmətlixarici işlər nazirimiz Elmar müəllimVaşinqtonda yenə erməni həmkarı ilə görüşüb. Sabiq xarici işlər nazirihörmətli Tofiq Zülfüqarov da deyibki, gərək Elmar müəllim bu görüşə getməyəydi və səbəblərini də açıqlayıb. Mətbuatdan oxumusunuz, təkrar edib sizi yormaq istəmirəm. Bilirəm ki, bu görüşlərvə sonra verilən bəyanatlar onsuz da sizi çoxdanyorub, day nə görüşləri izləyirsiz, nə dəbəyanatları.

Hörmətli Tofiq müəllim birfikri dədeyib. Deyib ki, bu görüş501, yaxud 504-cü görüşdü.

İndi biz dəqiqləşdirmək istəyirik,501-di, yoxsa 504?

Hörmətli Tofiq müəllimdən xahiş edirik ki, bunu dəqiqləşdirsin, biz də nayranqalmayaq.

Cəbhə hakimiyyəti vaxtı xarici işlər naziri hörmətliTofiq Qasımov bir təyyarədən düşüb obiri təyyarəyə minirdi. Mən də götürüb qəzetdə yazdım ki, Tofiq müəllim, arada bir Bakıyada dəy.

İndi, vallah, Elmar müəllimözü də belə mənasız görüşlərdənyorulub ey. Amma bir məsələ var ki,hörmətli Elmar müəllim hörmətli Tofiq Qasımovdan fərqliolaraq, arada bir Bakıya dəyir.