adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2021 14:33
13591
MƏMLƏKƏT

Nazirlər Kabineti nəyi dəqiqləşdirir? - Səxavət Məmməd yazır

Müharibənin üstündən 5 aydan çox keçib. Veteranlıq məsələsi hələ də öz həllini gözləyir. Müdafiə nazirliyi bildirir ki, siyahını Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabineti isə dəqiqləşdirmə aparmaqdadır.

5 aydan çox dəqiqləşdirmə aparmaq olar? Nəyi dəqiqləşdirirlər? Bu da birinci müharibə deyil ki, özünü müdafiə batalyonları olsun, sənədlərdə problemlər olsun, hərbi biletdə giriş-çıxış yerində olmasın. Hələ də şahidlərlə məhkəməyə müraciət edib, vetranlıq alanlar var. Belə bir şey yazan kimi də, gəlib deyirlər, bəs zaman lazımdır, iş çoxdur. Nə nağıl danışırsınız? Bu məsələ üçün komissiya yaradılıb. Komissiya üzvlərinə daş daşıdırlar, yol çəkdirirlər, divar rənglədirlər? İşlərinin adı nədir? Komisiya üzvlərinə ayrı iş gördürürlərsə, çıxıb məlumat sızdırsınlar, onların haqlarını müdafiə edək.

Bəzən elə danışırlar ki, elə bil bütün problemlər göydən doluyla düşür. Müharibə edən ölkə, onun qurumları bunlara hazır olmalı idi. Katiqoriya üstündə düşünürələr. Orda ilk mərmi səsi gələndə düşünüb, bəyanat imzalananda hazır dayanmaq lazım idi. Hazırda dövlət borclanmaqdadır. Bəli, o veteranlıq statusu verildikdən sonra aylıq müavinat da veriləcək. O müavinat elə bilirsiniz qərar verilən gündən hesablanacaq? Arxada qalan aylar da onun üstünə gələcək.

Çox qəribə bir duruma düşmüşük, yazırsan, etiraz edirsən, bir müddət sonra həll olunur (demirəm yazdığımza görə). Yeni nəsil Vanqalar xortayırlar ki, biz demişdik axı səbrli olun, hər şeyin zamanı var, həll olacaq. Ortada bir problem var. Problemlər səbrlə yox, onu tezləşdirməklə həll olunur.