Nazir: "Zəlzələdə dağılan və qəzalı vəziyyətə düşən evlərin hamısı bərpa ediləcək"
"Şamaxı, İsmayıllı və Ağsuda zəlzələ nəticəsində dağılan və qəzalı vəziyyətə düşən evlərin hamısı bərpa ediləcək".
ONA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı sərəncam imzaladığını, müvafiq vəsaitin ayrıldığını,gələcəkdə də müəyyən məbləğin ayrılacağını diqqətə çatdırıb.
"Zəlzələ nəticəsində uçan evlər nə dövlət tərəfindən, nə də kənd sovetləri tərəfindən tikilib. İnsanlar özləri üçün ev tikiblər. Amma indi təbii fəlakətdir, zəlzələ baş verib və zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılacaq", - K. Heydərov qeyd edib.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48