Nazir qeyri-neft ixracının həcmindən narazıdır
"Qeyri-neft ixracının 45%-i MDB dövlətləri və Gürcüstanın, 26%-i Türkiyənin, 12%-i Avropa İttifaqı ölkələrinin, 4%-i Çinin, 13%-i isə digər ölkələrin payına düşüb”.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziriŞahin Mustafayevqeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
"Bununla belə, etiraf etmək lazımdır ki, müsbət meyillərə baxmayaraq, iqtisadi potensialımız nəzərə alındıqda, qeyri-neft ixracının həcmi arzuolunan səviyyədə deyil”.
Onun sözlərinə görə, təhlillər göstərir ki, bəzi kimya məhsulları, qara metal və alüminium, elektrik avadanlıqları, mebel, şərab, şirələr, meyvə-tərəvəz, pambıq, tütün, fındıq, barama, xalça və bir sıra digər məhsullar üzrə ixracın genişləndirilməsi üçün xüsusilə böyük imkanlar mövcuddur.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17