Nazir pensiyaçılara kredit verilməməsindən danışdı - Video
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov pensiyaçılara kreditlərin verilməsinin müvəqqəti dayandırılması ilə bağlı açıqlama verib.
Adalet.az ANS TV-yə istinadən xəbər verir ki, Nazir bunun həm mənfi, həm də müsbət cəhətlərinin olduğunu bildirib.
Nazir təqaüdçülərin hüquqlarının pozulmaması üçün Maliyyə bazarlarına nəzarət palatasının ən ideal düstur üzərində işlədiyini, tezliklə məsələnin öz həllini tapacağını bildirdi.
"Qəbul olunan qərarın müsbət tərəfi, pensiyaçıların əldə etdikləri məbləğlərin tamamilə onların fərdi ehtiyaclarının ödənilməsinə imkanların yaradılmasıdır. Digər tərəfdən pensiyaçıların özlərinin də kreditə ehtiyacı ola bilər. Onların bir vətəndaş kimi hüquqları çatır ki, kreditdən istifadə etsinlər. Bu isə məsələnin mənfi tərəfidir. Maliyyə bazarlarına nəzarət palatası bunun tam dəqiq düsturunu tapacaq ki, pensiyaçıların bu hüquqları pozulmasın”, - deyə nazir məsələnin həlli yollarından danışarkən bildirib.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03