Nazir: Bu gün ölkə üzrə 10 min ahıl şəxsə evində xidmət göstərilir
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri tərəfindən ölkə üzrə 10 min ahıl şəxsə evində xidmət göstərilir.
Bunu bu gün Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev bildirib ki, pensiya yaşına çatmış şəxslər üçün günərzi qayğı mərkəzləri təsis olunur. Dövlətin bu sahədə siyasəti çoxşaxəlidir və müxtəlif istiqamətdə həyata keçirilir.
Nazir əlavə edib ki, əmək pensiyaları məhz bu gündən – Beynəlxalq Ahıllar Günündən 200 manata çatdırıldı. Bu, 650 mindən çox pensiyaçını əhatə edir.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19