adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Yanvar 2020 12:18
30502
ŞOU-BİZNES

Nazənin Təranəni qara siyahıdan çıxarıb - Barışıqmı?

Şou –biznesnümayəndələri qalmaqalları ilə hər zaman gündəmdə qalmağa çalışıblar. Həttayeni mahnı və klip təqdimatından əvvəlbelə qara piyara da özləri rəvac veriblər. Məsələn, bir neçə il əvvəl aralarındakısoyuqluq və atmaca duellasıyla gündəmi xeyli məşğul edən xalq artisti SəmədSəmədovun və Sevda Əliqizinın ötən aylarda gözlənilməz etirafı hamını şok etdi.Xalq artisti media nümayəndələrinə açıqlamasında bildirmişdi ki, əslində oqalmaqalı özümüz təşkil etmişdik:” Biz Sevda xanımla heç vaxt küsülü olmamışıq”.

Adalet.azxəbər vrir ki, artıq müğənni Nazənin neçə illərdi düşmən olduğu, həttaməhkəməyə verdiyi həmkarı Təranə Qumrallabarışmaq ərəfəsindədir.

Beləki, NazəninTəranə Qumralı İnstaqramda qara siyahıdan çıxarıb.

Bununla yanaşı müğənni Təranə Qumralın qızları Qumral, Fidan və Sevgimcanıda blokdan çıxarıb.

Qeyd edək ki, Təranəilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edirdi. Qalmaqal "ANS”in "Bazarsəhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, TəranəQumrala "Səni ərimlə tutdum” demişdi. T.Qumralisə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi.Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

Yeri gəlmişkən, Nazənin bu işlə bağlı məhkəmədə qalib hesabedilsə də, qərarla razılaşmayıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.

Barışıq ərəfəsində olan həmkarlar yəqinki, həmin günləri tez unudub. Təkibarışıq olsun!