adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7
13 Yanvar 2022 10:36
201
DÜNYA

Nazarbayevin qızı Qazaxıstan xalqına təşəkkür etdi

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva ölkədə baş verən hadisələrdən üzüldüyünü və qazax xalqına bu çətin günlərdə   atasına dəstək göstərdikləri üçün təşəkkürünü bildirib.
 

"Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə qarşılayıram. Həlak olan və zərər çəkən insanlara təsəlli vermək üçün söz tapmıram. Həlak olan insanların ailə üzvlərinə dərin hüznlə baş sağlığı verirəm"-deyə Aliyə Facebook səhifəsində yazıb.  "Hamımız üçün bu faciəli dərs tariximizdə sonuncu olsun", "Sülh vaxtı, insanların öldürülməsi düz deyil"- deyə eks prezidentin qızı qeyd edib.

 

"Həmçinin sizlərdən aldığım dəstək üçün təşəkkür edirəm. Atama mənəvi dəstək verdiyiniz üçün də təşəkkürlərimi bildirirəm. O, hazırda müxtəlif regionların sakinlərindən çoxlu məlumatlar alır"- deyə Nazarbayeva bəyan edib.
 

Nazatbayevin kiçik qızının 41 yaşı var, o, bizneslə, xeyriyəçiliklə, ictimai fəaliyyətlə, həmçinin filmlərin prodüsserliyi ilə məşğul olur. 2017-ci ilin noyabrından ölkədə yeni  yaradılan Ekoloji Assosasiya təşkilatına rəhbərlik edir.

 

Rüstəm Hacıyev