Nazarbayevin ömürlük sədrliyi ləğv edildi

Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) keçmiş prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına (QXA) və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.
Bu barədə deputat Kanat Nurov bildirib.
Onun sözlərinə görə, konstitusiya qanunlarına QXA və Təhlükəsizlik Şurasına sədrliyin qanuni olaraq şəxsiyyətinə görə deyil, vəzifəsinə görə Qazaxıstan Respublikasının Prezidentinə məxsus olması ilə bağlı bütün zəruri düzəlişlər senata göndərilib.
Qeyd edək ki, Nazarbayev QXA rəhbərinin səlahiyyətlərini 2021-ci ildə, Təhlükəsizlik Şurasının sədri postunu isə ölkədə baş verən son kütləvi iğtişaşlar zamanı ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə təhvil verib.(oxu.az)
Digər Xəbərlər
25 Oktyabr 2025 14:05 Belqorod su anbarının bəndi ciddi zədələndi, təxliyə elan edildi
25 Oktyabr 2025 11:51 Makronun arvadının adını bu şəkildə yazdılar
25 Oktyabr 2025 11:22 Türkiyə Qəzzanı sabitləşdirmə qüvvələrinin tərkibindən çıxarıla bilər
25 Oktyabr 2025 10:53 

Bakı -°C 










