adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Fevral 2020 14:58
66251
HÜQUQ

Nazarbayev xaricdən sığınacaq istədi

Adalet.az xariciKİV-lərə istinadən bildirir ki, Qazaxların milli lideri Nursultan Nazarbayevinnəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan sığınacaq istəyib. Bu barədə o özFacebook statusunda məlumat yayıb. A. Nazarbayev ingilis hökumətinə müraciətindəbu addımını ailəsi tərəfindən ciddi təzyiqlərə məruz qalmasıyla izah edib.Milli liderin nəvəsi daha sonra bildirib ki, Rusiya və Qazaxıstan hökumətləriarasında iri miqyaslı korrupsiya faktları haqqında məxfi məlumatlara malikdir.

Xatırladaq ki,Aysultan Nursultan Nazarbayevin böyük qızı Dariqayla onun keçmiş və hazırda mərhumhəyat yoldaşı Rahat Əliyevin oğludur. Vaxtilə Qazaxıstanda yüksək vəzifələrdə çalışan Rahat Əliyevsonradan hakim ailəyə dönük çıxdığı üçün təqiblərə məruz qalmış və Vyana həbsxanasındamüəmmalı şəkildə ölmüşdü. Aysultan isə Sandxerstdə Kral Hərbi Akademiyasında təhsilalmış, bir müddət Qazaxıstanın müdafiə nazirliyində, daha sonrasa futbolfederasiyasında çalışmışdı.

AysultanNazrbayev keçən ilin oktyabr ayındaLondonda polisə müqavimət göstərdiyi, bir polis işçisinin isə bədənini dişlədiyi üçün həbs edilmişdi. Həmin vaxt o, narkotikmaddənin təsiri altında olmuşdu. Məhkəmə ona 18 aylıq sınaq müddəti vermiş,bundan əlavə məcburi müalicəyə göndərmiş, ictimai işlərə cəlb etmiş və cərimələmişdi.