Naxçıvanda dönərxanada nöqsanlar aşkarlandı
Naxçıvan şəhərində fəaliyyət göstərən dönərxanada aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu faktı aşkar edilib.
Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı dönərxanada temperatur rejiminə əməl edilmədiyi, termiki emala məruz qalmış dönərin növbəti gün ərzində yenidən istifadə olunması məqsədilə təkrar dondurulması, döşəmə və divarların hamar, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materialla üzlənmədiyi, işçilərin ilkin və dövri tibbi yoxlamadan keçmədiyi müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub, müvafiq məhdudlaşdırıcı qərar qəbul edilərək, qeyd olunan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. İstehlakçı hüquqlarının qorunması istiqamətində bundan sonra da agentlik tərəfindən nəzarət tədbirləri davam etdiriləcək.
Digər Xəbərlər
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00
Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
26 Sentyabr 2026 16:30
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
26 Sentyabr 2026 14:14
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
25 Sentyabr 2026 18:00
Bir çox xəstəliyinizin dərmanıdır
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26


Bakı -°C

